Çin müsəlman uyğur azlığına qarşı “kütləvi, sistematik insan haqları pozuntuları kampaniyası” aparır. Belə bir bəyanatla Human Rights Watch insan haqları təşkilatı çıxış edib.
Azadlıq Radiosu xəbər verir ki, Nyu Yorkda mənzillənən qurum sentyabrın 10-da yaydığı hesabatda bildirib ki, Çin hökuməti Sincan regionundakı uyğurları “qanunsuz saxlayır, işgəncə verir, onlarla pis rəftar edir, getdikcə gündəlik həyatlarını daha çox nəzarətdə saxlayır”.
Hesabatda BMT-nin İrqi Ayrıseçkiliyin Məhvi Komitəsinin qeydlərinə də yer verilib. Komitə avqustun 10-da bildirmişdi ki, Çindəki uyğurlar “ekstremizmə qarşı mərkəzlər”də saxlanır, milyonlarla uyğur yenidən təhsil düşərgələrinə cəlb olunur, Çinin uyğur regionu “kütləvi həbs düşərgəsini xatırladan məkana” çevrilir.
Çin isə bu iddiaları rədd edir, qərbi Sincan regionunda “böyük faciə”ni önlədiyini iddia edir. Hakimiyyətin bildirməsinə görə, Sincana islamçı yaraqlılar və separatçılar tərəfdən ciddi təhdid var, onlar hücumlar planlaşdırır, uyğur azlığı ilə etnik han çinli çoxluğu arasında gərginlik yaradır.
HRW-nın Çin üzrə direktoru Sophie Richardson-un bildirməsinə görə, Çin hökuməti Sincanda “on illər ərzində miqyası görünməmiş” insan haqları pozuntuları törədir. “Sincandakı repressiya kampaniyası BMT və maraqlı hökumətlərin bu pozuntulara son verməkdən ötrü getdikcə güclənən Çinə sanksiya tətbiq edib-etməyəcəyini sınağa çəkir”, – o deyib.