Azərbaycanda prezident seçkiləri ilə bağlı vakansiya — 60 yer boşdur

Azərbaycanda prezident seçkiləri ilə bağlı vakansiya — 60 yer boşdur ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək missiyası yerli işçilər üçün vakansiyalar elan edib.
AZTB.info-nun ATƏT-in saytına istinadən verdiyi xəbərə görə, ümumilikdə 60 yer üzrə vakansiya elan edilib.

ATƏT missiyasına yerli dəstək üçün vakansiyalar inzibati, proqram, regionlar üzrə müşahidəçilərə dəstək heyətinin cəlb edilməsini nəzərdə tutur.
Qeyd edək ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı Azərbaycana ehtiyacların qiymətləndirilməsi missiyası ötən ay Bakıya səfər edib.

Oxşar xəbərlər