Lezbiyan qadınlar cinsi əlaqə zamanı tutuldu və şallaqlandı – FOTO

Lezbiyan qadınlar cinsi əlaqə zamanı tutuldu və şallaqlandı – FOTO Malaziyada lezbiyanlara cinsi münasibətə görə şiddətli cəza

Malaziyalı iki qadın maşında intim əlaqəyə giriblər. Şəriət məhkəməsində verilən hökmdən sonra onlara şallaq cəzası tətbiq olunub. 22 ve 32 yaşlarındakı müsəlman qadınlar, Terenggnagu əyalətindəki şəriət məhkəməsində mühakimə olunub.

Rəsmilərin verdiyi məlumata görə, bu ilk həmcins əlaqəsi aktı və fiziki cəza olub. İnsan haqları aktivistləri bu hadisəyə şiddətli etirazlarını bildiriblər.

Homoseksuallıq şəriət hüquq sistemlərində və digər sekulyar dövlətlərdə qanunsuzdur. Yerli xəbər agentliyi “The Star”, fiziki cəzanın 100 dən çox adama tətbiq olunduğunu qeyd edib.

Malaziya qadın haqları təşkilatı tərəfindən hadisə haqqında “Reuters” xəbər agentliyinə “Bu, insan haqlarının dəhşətli şəkildə pozulmasıdır” deyilib. Terengganu icraedici bölgə konsulu Bahri Mamat bu cəzalandırmanı dəstəklydib, fiziki cəzanın işgəncə vermək və ya yaralamaq məqsədi ilə yox, cəmiyətə dərs olması üçün edildiyini vurğulayıb.

Qadınların hər ikisinə şəriət qanunlarını pozduğuna görə, fiziki cəza ilə birgə 800 dollar pul cəzası da tətbiq olunub.

Malaziya əhalinin böyük hissəsi müsəlman olduğuna rəğmən tolerant bir ölkə kimi tanınıb. Lakin son zamanlarda fərqli hadisələrlə qarşılaşılıb. Keçən ayın əvvəllərində rəsmilər LGBT aktisivtlərinin portretlərini yığışdırılması ilə bağlı əmr verib.

Lezbiyan qadınlar cinsi əlaqə zamanı tutuldu və şallaqlandı – FOTO

Oxşar xəbərlər