Avropanın insan haqları üzrə ən yüksək müşahidəçisi olan Avropa Şurası Parlament Assambleyası (AŞ PA) bəzi üzvlərinin Azərbaycan hökumətinin göstərişlərini yerinə yetirməsindən şübhələnərək istintaqa başlayıb. İstintaqı insan haqları məsələləri üzrə ixtisaslaşan və tanınmış üç hakim aparır
Onlar AŞ PA üzvlərinin Azərbaycan nümayəndə heyəti üzvlərindən rüşvət alması barədə iddiaları yoxlamalıdırlar. Azərbaycanın 2013-cü ildə AŞ PA qərarına təsir göstərməsi barədə şübhələr var.
2013-cü ildə assambleya almaniyalı parlamentar Kristofer Ştrasserin ölkədə insan haqlarının pozulması və azərbaycanlı “siyasi məhbusların” vəziyyəti barədə hazırladığı hesabatı rədd edib.
Bu şübhələrə əsasən assambleya üzvlərindən birinə bu hesabatın keçməməsi üçün 2,5 milyon dollardan çox vəsait ödəndiyi iddia edilir.
Azərbaycan isə ünvanına səsləndirilən ittihamları rədd edir. Yeni təyin edilmiş beynəlxalq insan haqları vəkilləri AŞ PA-da korrupsiya ittihamlarını araşdıracaq və bu ilin sonunda istintaq nəticələrini dərc edəcəklər.
Onlar korrupsiyaya bulaşmış istənilən AŞ PA üzvünə qarşı ölçü götürməyə göstəriş verə bilərlər (“BBC-Azərbaycan”).
AŞ PA-nın bu addımı ölkəmizdə ciddi etirazla qarşılanıb. YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat”a açıqlamasında AŞ PA-nı qərəzli olmaqda suçladı: “İnsan hüquqlarından danışanların miqrantlarla bağlı hansı addımları atdıqları, onların başına hansı oyunları gətirdikləri göz önündədir. Miqrantları dəmir torların arxasında saxlayır, onlara çörək atırlar. Onların demokratiyası budur. Sərbəst toplaşma azadlığını həmin Avropa dövlətləri necə pozdular, hamımız yaxşı bilirik. İtdən tutmuş ata qədər insanların üzərinə yeridilir, gözyaşardıcı qaz verilir, ən qəddar formada insanlarla davranılır. Onların Azərbaycanın rüşvət verməsi ilə bağlı qaldırdıqları məsələ isə gülüncdür. Siyasi məhbus siyahısını hazırlayanlar aidiyyəti olmayan şəxsləri ora salırlar, toyuq oğrularından siyahılar düzəldirlər. Yaxınlarından pul alıb siyasi məhbus siyahılarına şəxsləri salırlar. Bu siyahıları da AŞ PA tipli qurumlara göndərirlər. Bunlar hərtərəfli şəkildə ifşa olundular. Sizin qəzetdə də dəfələrlə konkret faktlarla yazılar dərc olundu ki, siyasi mühacir adı altında pul verib şəxslər necə sənədlər alırlar, AXCP-dən və başqa-başqa təşkilatlardan. QHT-lər var ki, adlarını insan hüquqları təşkilatı qoyub, belə dələduz işlərlə məşğuldurlar. Bugünlərdə onların necə ifşa olunduqlarını hamımız görürük. Hər şey ardıcıl şəkildə ortaya çıxır. Azərbaycanın haqq işi davam edir. Ölkəmiz daim ədalətli mövqedən çıxış edir. Hansı ölkə Azərbaycanla bağlı fikir söyləyirsə, öz daxilindəki demokratiya, insan haqlarını nümunə gətirsin. Görmüşük ki, Ermənistanda baş verən qanunsuzluqları onlar daim görməməzliyə vurur, seçki saxtakarlıqlarına göz yumurlar. Ədalətdən danışmağa onların heç bir haqqı yoxdur. Yaxınlarda Türkiyəni monitorinqə götürməklə bağlı sırf siyasi qərar qəbul etdilər. Hər kəs yaxşı bilir ki, onlar sırf Azərbaycana təsir etmək, erməni lobbisindən pul alıb ölkəmizin adını müxtəlif siyahılara salmaq üçün bu cür oyunlar oynayırlar”.
AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirdi ki, ölkəmizi töhmət altında saxlamaq üçün belə versiya irəli sürülüb: “Erməni, yunan və başqa deputatların birgə fəaliyyəti ilə bu iddia ortaya atılıb. Ortada heç bir sübut yoxdur. Anlaşılan odur ki, bu, məqsədyönlü kampaniyadır. Bu kampaniyanı da aparmaqda məqsəd Azərbaycanla bağlı məsələni gündəmdə saxlamaqdır. Heç bir ciddi əsası olmayan iddiadır. Bəlkə də bu kampaniyanın özünün arxasında böyük rüşvət məsələsi durur. Strasser və başqalarının burada aktiv iştirak etməsi, bir sıra hallarda ermənilərlə məsləhətləşib çıxışlar etmələri onu göstərir ki, burada söhbət birbaşa Ermənistan tərəfdən şirnikləşdirilib prosesə qoşulan insanlardan gedir. İki-üç ay gündəmdə saxlanılacaq məsələ olacaq və bu istiqamətdə müəyyən addımların atılmasına cəhdlər olacaq. Azərbaycan tərəfi şübhəsiz ki, orada ölkə əleyhinə hər hansı bir fəaliyyətin olmasına, qərarların qəbuluna mane olmağa çalışır. Amma bunu rüşvətlə etməsi barədə fikirlər gülünc bir şeydir. Əslində işin mahiyyətini bilənlər bunu ciddi qəbul etmirlər. AŞ PA-nın özü bizim üçün artıq ciddi təhlükəyə çevrilir. Digər Avropa qurumları da belədir. ATƏT guya bizim üçün təhlükə deyil ki? Torpağımızın işğalını ermənilər üçün məqbul sayan, onları dəstəkləyən qurum olduğu göz önündədir. Bu məsələdə onların rəylərinin necə olması bizi maraqlandırmamalıdır. Biz demokratik dəyərlərə söykənən dövlət quruculuğu prosesinə diqqət ayırmalıyıq. AŞ PA-da səslənən fikirlərin əksəriyyətinin ciddi bir əsası yoxdur. Biz artıq heyət olaraq orada iştirak etmirik, bu, uzun müddətdir belədir”.