Xəbər verdiyimiz kimi, aktrisalar Ülviyyə Əliyeva və Xuraman Əlizadə birlikdə veriliş aparacaq.
Axşam.az bildirir ki, ARB telekanalında efirə gedəcək veriliş "Hüseynova bacıları" adlanacaq. "Soy" prodakşın tərəfindən hazırlanan layihə komediya janrındadır.
Ü.Əliyeva bundan əvvəl bütün layihələrində əməkdar artist Tünzalə Əliyeva ilə görünürdü. Onlar sözügedən prodakşının hazırladığı bütün verilişlərdə və teletamaşalarda birlikdə çıxış ediblər. "Toppuş bacı" və "Keyxanım" ləqəbli aktrisaların son bir ildir heç bir layihədə bir araya gəlməməsi diqqət çəkib.
Qeyd edək ki, Ülviyyə 7 ildir işlədiyi "Space" kanalından ayrılıb və orada yayımlanan "Zəhmətkeş ulduzlar" proqramını bağlayıb.