“Dalğa” Ekologiya və Təbiətin Qorunması İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ətraf mühitin qorunması istiqamətində Aran regionunda monitorinq və maarifləndirmə işinin təşkili” layihəsi üzrə fəaliyyət planı əsasında fəaliyyətini davam etdirir.
Layihənin əsas məqsədi regionlarda olan vətəndaşlar arasında ətraf mühitin qorunması istiqamətində monitorinqləri təşkil etmək, biomüxtəlifliyin və nəsli kəsilmək təhlükəsi ilə üzləşən nadir canlıların qorunması məqsədilə marifləndirmə kompaniyalarının aparılmasıdır. Əsas vəzifələr layihədə nəzərdə tututan “Təbiətimizi qoruyaq!” təbliğat kampaniyasının regionlarda təşkilinə nail olmaq, yerli əhali arasında maarifləndirmə işini təşkil etməklə ölkənin təbii sərvətlərinin və biomüxtəlifliyin təbii disbalansının qorunmasına töhfə verməkdən ibarətdir.
Layihə 2 mərhələdə həyata keçirilir:
Nəzərdə tutulmuş birinci mərhələdə çöl tədqiqatları instrumentindən istifadə olunub, Saatlı və İmişli rayonlarının qoruq və meşə zonalarına tədqiqat səfərləri edilib. Hər bir ərazinin flora və faunası haqqında məlumatlar toplanaraq, yerində vəziyyət öyrənilərək aidiyyatı orqanlarda müzakirə edilib.
Bu mərhələdə həm də İmişli və Saatlı rayonları məktəbliləri arasında “Təbiətimizi qoruyaq” devizi altında rəsm müsabiqələri keçirilib. Rəsm müsabiqələrinin keçirilməsi məktəblilər arasında təbiətin qorunması, ekoloji maarifləndirməyə maraqlarının oyadılması və eyni zamanda gənclərin rəsm qabiliyyətinin üzə çıxarılmasına imkan yaradıb.
Layihə fəaliyyətinin ikinci mərhələsində Saatlı və İmişli rayonlarında yerli vətəndaşlar arasında maarifləndirmə kompaniyaları çərçivəsində seminarlar keçirilmişdir.Hər bir rayonda keçirilən seminarlarda yerli rayon sakinləri,İcra Hakimiyyəti orqanlarının nümayəndələri və yerli QHT nümayəndələri iştirak etmişdir.Təşkilatın ekspertləri tərəfindən təqdimat hazırlanmış və vətəndaşlara təqdim edilmişdir.
Seminarda “Dalğa” Ekologiya və Təbiətin Qorunması İctimai Birliyinin təlimçisi Günay Məmmədova təqdimatla çıxış etmiş və iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.Həyata keçirilən seminarlar iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
“Dalğa” Ekologiya və Təbiətin Qorunması İctimai Birliyinin Mətbuat Xidməti.