"Bələdiyyələrin İnkişafına Yardım ” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Şirvan, Hacıqabul və Səlyan şəhərində gənclərin işsizlik vəziyyətinin öyrənilməsinə dair alternativ monitorinqin keçirilməsi” layihəsinə yekun vurulub
Bununla bağlı İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı Mia.az saytına açıqlama verib.
Onun sözlərinə görə, 2017-ci ilin may ayından başlanan layihə 3 rayonu- Şirvan, Hacıqabul və Səlyan şəhərlərini əhatə edib:
"Prezidentin yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi hesabına 3 rayonda 300-dən artıq gənclərin işsizlik vəziyyətinin öyrənilməsinə dair alternativ monitorinqin keçirilməsi ilə bağlı layihəmizi yekunlaşdırdıq. Əsas işimiz qeyd etidiyim kimi, rayonlarda yaşayan və hal-hazırda işsiz olan gəncləri işsiz qalmasının səbəbini araşdırmaq idi.
Təşkilatın əsas məqsədi gənclərin işsizlik vəziyyətinin yerlərdə öyrənilməsi, gənclərin iş tapa bilməməsini yaradan səbəbləri araşdırmaq , gənclərin peçə və ixtisas seçimində düzgün istiqamətləndimək və bizim hazırladığımız sorğunu hər rayonda yaşı 15-29 yaş qrupunda 100 gəncin cavablandırmasıdır. Yəni, layihəyə əsassən 3 rayonda, hər rayonda da 100 gənclə sorğu apardıq. Bununla yanaşı biz bir təşkilat olaraq ölkədə gənclərin məşğulluğu ilə əlaqədər qurumların, habelə Gənclər və İdman Nazirliyinin də qəbul etdiyi prioritet proqramlarının mövcudluğunu və gənclərin məşğulluq problemləri ilə bağlı ekspertlər, işsiz gənclər, işəgötürənlər, müvafiq dövlət qurumlarının müxtəlif yanaşmaların olduğunu xüsusi vurğulayırıq.
Bu qurumlar müxtəlif yanaşmalarla gənclərin işsizlik probleminin yaranma səbəblərini müxtəlif şəkildə də qiymətləndirirlər. Azərbaycan Respublikasının gənclərə yönəlik uğurlu siyasət aparmasından da bəhs edirik. Xeyli sayda gənclərin yeni iş yerlərinə dövlət tərəfindən cəlb olunduğu faktlarının da şahidi oluruq. Bununla yanaşı gənclərin işsizlik probleminin yaranma səbəblərini ümumiləşdirib aşağıdakı qənaətə gəlmək olur: Gənclərin ixtisas bilikləri, digər bilik və bacarıqlarının əmək bazarı tələblərinə uyğun olmaması, informasiya çıxışlarının zəif olması, işsizlərin seçimi və karyera məsələsinə münasibəti, gender problemləri və mental faktorlar və təhsil səviyyəsinin aşağı olması".
Niyaməddin Orduxanlı onu da əlavə edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bu cür layhilərə dəstək verməsi çox müsbət addımdır:
"Çox yaxşı haldır ki, Dövlət Dəstəyi Şurası bu cür sosial layihələrə dəstək verir və öz də maraqlı olur ki, bu cür vacib layhilərə icra olunsun. Keçirdiyimiz sorğularda da sorğu iştirakçilarının hər birinin diqqətinə o da çatdırılır ki, bu layihənin maliyyə dəstəkçisi, məhz Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıdır. Bu da o anlama gəlir ki, şura rayonlarda işsiz gənclərin vəziyyətinin öyrənilməsində maraqlıdır. Bu cür layihələrin dəstəklənməsinə görə, bir daha Dövlət Dəstəyi Şurasının rəhbərliyinə və müstəqil ekspert qrupuna təşkilatımız adından təşəkkür edirik. Onların müsbət rəyi hesabına bu tip layihələr icra oluna bilir. Bu faktı onu göstərir ki, vətəndaş cəmiyyətinin nümayəndələrinin təqdim etidiyi mövzuların aktuallığı daha önəmlidir. Biz bir QHT kimi istəyir ki, layihənin sonunda hazırlanan hesabat nəticəsində gənclərin işsizlik probleminə yönəlmiş alternativlər daha asanlıqla müəyyən olunsun və öz növbəsində əlaqədər Dövlət və QHT qurumlarını hərəkətə gətirərərək gənclərin işsizlik probleminin həll üçün yeni ideyalar və fəaliyyət planlarının, layihələrinin hazırlanmasına zəmin yaratsınlar. Fürsətdən istifadə edib, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyinə və Şura Aparatının rəhbərliyinə təşkilatımız adından təşəkkürümüzü bildiririk!".