Bu gün Azərbaycan milli-azadlıq hərkatının lideri, ölkənin ikinci prezidenti Əbülfəz Elçibəyin vətat etdiyi gündür. Minval.info BBC Azərbaycana istinadla onun barəsindən yazı-müsahibəni təqdim edir.
***
Milliyyətçi Hərəkat Partiyasının Mərkəzi idarə Heyətinin üzvü professor Osman Durmuş Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin Türkiyədə müalicə olunduğu dövrdə Türkiyənin səhiyyə naziri (1999-2002-ci illər) vəzifəsində işləyib.
BBC News Azərbaycanca ondan həmin günlər barədə xatirələrini və zəhərlənmə iddiaları ilə bağlı fikrini bölüşməsini xahiş edib. Cənab Durmuşla müsahibəni Ankarada jurnalist İlhamə Qasımlı aparıb.
Müsahibə ilk dəfə 27 avqust, 2012-ci ildə dərc edilib.
– Rəhmətlik Əbülfəz Elçibəyilə bağlı xəbər alanda onun Bakıda olduğunu və orada rahatsız olduğunu eşitmişdim. O dönəmdə rəhmətlik Heydər Əliyev prezident idi.
Biz türk milliyyətçiliyi fikrinə sahib olduğumuz üçün anlayışımız bu idi ki, Azərbaycan müstəqilliyini çətin mübarizədən sonra qazanıb, Türkiyə dostu olan bir prezidentin sağlıq durumu ilə maraqlanmaq bizim vəzifəmizdir.
Ona gorə də burdan bir özəl təyyarə Əbülfəz Elçibəy üçün getdi. Rəhmətlik Elçibəy komaya girmişdi. Bizim həkimlər onun komadan ayılmasına kömək edib buraya gətirdilər.
O zaman mən burdan Ankara xəstəxanasının uroloji bölümünün rəhbəri, dosent doktor Demokan Erolu Elçibəyə görə Azərbaycana göndərmişdim.
Demokan Erol prostat sahəsində ən yaxşı mütəxəssislərimizdəndir, Elçibəyin prostat xərçəngi xəstəliyi olduğu üçün onu göndərmişdim.
“Çox mədəni bir insan idi. Baş nazirin müavini Devlet Bahçelinin ona baş çəkməyə gəldiyini eşidəndə heç vaxt onun qarşısına xəstəxanada geydiyi pijama ilə çıxmazdı. Mütləq kostyumunu geyərdi”.
– Elçibəyə özəl təyyarə və həkim göndərmək xahişini sizdən kim etmişdi?
– Elçibəyin vaxtilə müalicə aldığı, sonradan onun adının əbədiləşdirildiyi özəl servis.
Bizim partiyanın Sivasdan olan millət vəkili Mehmet Ceylan Elçibəyin komada olduğunu mənə söylədi. Bizim o zamankı nəqliyyat nazirimiz Enis Öksüz və Mehmet Ceylan Azərbaycana gedib Elçibəyi buraya gətirdi.
Onun Ankara xəstəxanasında yatırılmasına göstəriş verdim. Ankara xəstəxanasında lazımi müalicəni aldıqdan sonra Elçibəy bir az özünə gəldi.
Onun xəstəliyinin hansı mərhələdə olduğunu incələyəndə gördük ki, xəstəlik cərrahi müdaxilə sərhədlərini keçib. Mən həm ümumi cərrahiyyə, həm də anatomiya mütəxəssisiyəm. Xərçəng prostat kapsulunu aşmış və uzaq sümük metostazları vermişdi.
Müasir tibbin imkanları ilə prostat xərçəngi qapalı cərrahi əməliyyat yolu ilə müalicə edilir və xəstə uzun müddət yaşayır. 9-10 il əvvəl belə əməliyyat keçirib hələ də yaşayan dostlarım var. Kaş ki, Elçibəyin müalicəsi də erkən başlayaydı.
– Elçibəyin müalicəsinin carrahi yolla mümkün olmadığını qeyd elədiniz. Bəs, kimyəvi terapiya ilə müalicə etmək mümkün olmazdımı?
– Azərbaycana səfərim zamanı hörmətli Heydər Əliyev məni qəbul edəndə dedi ki, niyə siz Elçibəyi orda çox saxlayırsınız?
Xərçəng prostatın sərhədlərini çox keçmişdi. Bədəninə çox yayılmışdı.
Dediklərinizdən belə anlaşılır ki, siz Elçibəyin müalicə məsələləri ilə birinci gəlişində məşğul olmamısınız?
– Mənim Elçibəyin birinci mərhələdəki müalicəsindən xəbərim olmayıb. Mən burdan Azərbaycana həkimləri göndərəndə Elçibəy komaya düşmüş, şüurunu itirmişdi.
-İlk dəfə müalicəyə gətiriləndə siz məlumatlandırılmamışdınızmı?
– Xeyr!
Əbülfəz Elçibəylə tanışlıqdan zövq aldım. Böyük bir türk dostu idi. Çox mədəni bir insan, Azərbaycan müdafiəçisi idi.
Məsələn, baş nazirin müavini Devlet Bahçelinin ona baş çəkməyə gəldiyini eşidəndə heç vaxt onun qarşısına xəstəxanada geydiyi pijama ilə çıxmazdı.
Mütləq kostyumunu geyər ve bundan sonra Bahçelini qəbul edərdi. Siqaret çəkəndə Devlet bəyə də təklif edər, Devlet bəy də “Mən böyüklərimin yanında siqaret çəkmirəm”, – deyərdi.
Türkiyənin Silahlı Qüvvələri baş Qərargahının və Gülhanə Hərbi Tibb Akademiyasının (GATA) o zamankı rəhbərliyi Əbülfəz Elçibəyin müalicəsinin GATA-da davam etdirilməsini xahiş etdilər.
“Azərbaycanın dövlət başçısı Heydər Əliyevdir, amma ondan əvvəlki dövlət başçısı da Əbülfəz Elçibəy olub. Onun müalicəsini Gülhanədə davam etdirmək istəyirik”, – dedilər.
Mən də dedim ki, bunu məndən rəsmi şəkildə istəyin. Rəsmi müraciət etdilər və Elçibəyi Gülhanəyə köçürdülər.
Azərbaycan rəhbərliyi cənazənin Bakıya bir an əvvəl çatdırılmasını istəyirdi.
– Amma Ankara xəstəxanasının o zamankı baş həkimi Nüsrət Akyürək, Elçibəy öz arzusu ilə müalicəsinin Gülhanədə davam etdirmək istədiyini bildirib…
– Düzdür, Elçibəy də istəmişdi, amma GATA rəbərliyi də müalicənin orda davam etdirməyi istəmişdi. Hətta bu məsələ qaldırılanda təkidlə rəsmi müraciət olunmasını istəmişdik.
Elçibəy GATA-ya köçürüldükdən sonra vəziyyəti daha da ağırlaşdı. Reanimasiya yatdığı zaman onu ziyarət etmişdim. Mən İstanbuldaykən Elçibəy vəfat etdi.
Bundan sonra Gülhanədə onunla rəsmi vida mərasimi keçirildi. Hətta rəhmətlik Heydər Əliyev və onun təmsilçiləri “Cənazəni niyə göndərmirsiniz” deyəndə onlara “Mərasim bitən kimi dərhal göndərəcəyik” cavabı verilmişdi.
– Azərbaycan rəhbərliyi vida mərasimin tez bitməsini niyə istəyirdi?
– Onlar cənazənin Azərbaycana bir an əvvəl çatdırılmasını istəyirdi.
Azərbaycana səfərim zamanı hörmətli Heydər Əliyev məni qəbul edəndə dedi ki, niyə siz Elçibəyi orda çox saxlayırsınız? Mən də, “Türkiyə üçün Azərbaycan prezidentləri, baş nazirləri, böyükləri bizim də böyüyümüzdür. Elçibəy bizim müsafirimizdir” cavabını verdim.
Heydər Əliyev “başqa bir səbəb varmı” soruşanda “yox” dedim.
– Bu söhbət Elçibəy vəfat etdikdən sonramı olmuşdu?
– Yox, müalicəsi davam edirdi.
Heydər Əliyev baş nazirin müavini Devlet Bahçelini Azərbaycana dəvət etdiyini bildirdi. Bahçelinin səfər proqramında Azərbaycan ilk sırada deyildi.
O zamankı səhiyyə naziri Əli İnsanov Türkiyədə mənimlə görüşdü, “bir saatın içində məni Devlet Bahçeli ilə görüşdür” dedi. Görüşdürdüm.
Əli İnsanov Heydər Əliyevin salamlarını çatdırdı və Bahçelini Azərbaycana rəsmən dəvət etdi. Bir müddət sonra baş nazirin müavini Devlet Bahçeli Azərbaycana səfər etdi.
– Elçibəyin müalicədən imtina etməsi hansı səbəblərlə bağlı idi?
– O, müayinəyə belə izn vermirdi. Bilirəm ki, doktorlar onun prostatını müayinə edəndə qoymurdu. Utanırdı. Çox ədəbli, tərbiyəli bir adam idi.
– Elçibəyin zəhərlənməsi mümkündümü?
– Bu, Azərbaycanda araşdırılması lazım olan məsələdir. Elçibəyin ölüm səbəbi prostat xərçənginin yayılmasıdır. Sidik cövhərinin artması da zəhərlənmədir. Sidiyini çıxara bilməyən insanın bədənində sidik cövhəri artır, zəhərlənmə baş verir.
Zəhərlənmə barədə deyilənlər spekulyasiyadır. Elçibəy prostat xərçəngi olub!
– Elçibəyin qan analizləri zəhərlənmə şübhəsi ilə bağlı ehtimal verməmişdimi?
– Sizə bir şey deyim. Turqut Özal öləndə xanımı dedi ki, o zəhərlənib. Atatürk öləndə də eyni soz-söhbətlər olmuşdu. Bunlar spekulyasiyadır.
Elçibəy prostat xərçəngi olub! Prostat xərçənginə tutulması səbəbini bilmirəm. Stresdən, kədərdən və ya başqa şeydən olduğunu deyə bilmərəm.
Adətən, prostat xərçəngi nə zaman yaranır?
– Prostat xərçəngi kişilərdə tez-tez rast gəlinən xəstəliklərdəndir. Bir çox səbəbi var. Məsələn, siqaret çəkmək – Elçibəy siqaret çəkən idi. Həm də çox çəkərdi.
Çətin şəraitdə yaşamış insan idi – bir müddət həbsxanada yatmış, Azərbaycanın müstəqilliyi üçün mübarizə aparmışdı.
Prezidentlik uğrunda mübarizə, Azərbaycan torpaqlarının erməni işğalında olması, daha sonra istefası və sonra Kələki həyatı. Bütün bunlar stresli həyatdır. Stres də xərçəngin səbəblərindəndir.
Azərbaycanın baş prokurorluğu Elçibəyin zəhərlənməsi ehtimallarını araşdırır…?
– Bu barədə bir söz deyə bilmərəm. Saçından bir parça götürülsə, bunu müəyyən etmək olar.
– AXCP-nin hazırki sədri, o zaman Elçibəyin müavini olmuş Əli Kərimli zəhərlənmə ehtimalında şübhəli bilinir…
– Əgər o zaman bizdə bunla bağlı hər hansı ehtimal və ya xəbərdarlıq olsa idi, mutləq baxardıq – qanına, saçına, sümük iliyinə baxardıq.
Elçibəy bizim üçün baş tacı idi. Əgər onunla bağlı belə bir ehtimal və ya tərəddüd olsa idi, mütləq araşdırardıq. Ortada bəlli bir xəstəlik vardı – sidiyə gedə bilmir, ürəsi artmışdı. Onsuz da o, uremik xəstə idi. Vücudu zəhərlənmişdi.
Elçibəy kənardan zəhərlənmə ehtimalı ilə bağlı bir söz desəydi, mütləq araşdırardıq.
Çox fərqli insan idi. Özünün vəzifə iddiası yox idi. Rəhmətlik Azərbaycanın hürriyyətindən başqa bir şey istəmirdi.
Hətta Surət Hüseynov ona qarşı qiyam qaldırdığında onu məhv etmədi. Türkiyədə belə bir şey olsa idi, dövlət rəhbərləri həngamə çıxarardı. Elçibəy qardaş qanı tökülməsin deyə Heydər Əliyevi dəvət edib istefa vermişdi.
TürkiyÉnin tanınmıŠozan sÉnÉtçisi Fatih Kısaparmakla görüÅünü Éks etdirÉn foto
Türkiyənin tanınmış ozanı Fatih Kısaparmakla görüşünü əks etdirən foto
Elçibəy ağır xəstə yatdığı və minlərlə insanın onunla görüşmək istədiyi o günlərdə yalnız bir nəfərlə görüşünü arzulamışdı.
Elçibəyin Ankara xəstəxanasında yerləşdirilməsi hər kəsdən gizli tutulduğu bir vaxtda Fatih Kısaparmakdan (türkiyəli aşıq) təcili İstanbuldan Ankaraya gəlməsini xahiş ediblər.
Daha doğrusu, Elçibəy tarix professoru Mustafa Kafalı ilə görüşdə Kısaparmağı arzulamış, sonuncu isə öz növbəsində Ankara radiosunun prodüsseri Kürşat Özkökdən bu görüşü təşkil etməyi xahiş edib. Məşhur ozana bu istək çatdırılan kimi o, dərhal Ankaraya gəlir.
Beləcə məşhur sənətçi Elçibəylə görüşür. Bu görüşdə Elçibəy Fatih bəyə siyasi mubarizə həyatından tutmuş türk sənət musiqisi barədə hər şeydən danışır.
Görüşün sonunda Elçibəyin halı anidən pisləşir və həkimlər hər kəsdən otağı boşaltmağı tələb edir. Hər kəs çöldə Elçibəyin son durumu ilə bağlı xəbər gözlədiyi bir vaxtda Ali Mörsəloğlu xoş xəbəri çatdırır – Elçibəy özünə gəlmişdi.
Fatih Kısaparmağa deyir ki, indi bəy sizi yola salmaqçün aşağı enəcək.
Hər kəs şoka düşür – ağır vəziyyətdə olan insanın nümayiş etdirdiyi alicənablıqdan hər kəs təsirlənir.
Fatih Kısaparmaq isə, “Siz məni burada görməmiş olun. Gedin bəyə deyin ki, endim aşağıya Fatih Kısaparmağı görə bilmədim. Tibb bacıları onun çıxıb getdiyini söylədilər”