Millət vəkili Qüdrət Həsənquliyev Heydər Əliyev, Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəyin adını daşıyan üç universitetin yaradılması təklifi ilə çıxış edib.
APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsi müzakirəsi zamanı Qüdrət Həsənquliyev deyib ki, gələn il Heydər Əliyevin anadan olmasının 95, Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135, Əbülfəz Elçibəyin anadan olmasının isə 80 illiyi qeyd olunacaq.
"Azərbaycanda universitetlərin sayı digər ölkələrlə müqayisədə 2,5 dəfə azdır. Eyni zamanda, ölkəmiz tələbə və alimlərin sayına görə də digər ölkələrdən geri qalır. Ona görə də hesab edirəm ki, təhsilin keyfiyyətini yüksəltməklə yanaşı, yeni universitetlər yaradılmalıdır.
Təklif edirəm ki, hər üç şəxsiyyətin adı ilə bağlı yeni universitetlər açılsın. Bununla, həm də onların ruhu şad olar.
Vaxtilə Heydər Əliyev Əbülfəz Elçibəyə ehtiramını bildirmək üçün onun dəfn mərasimində iştirak etdi, Elçibəy də ölkənin ən ağır günlərində Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməklə, ona olan tarixi münasibətini göstərdi. Odur ki, bu təklif reallaşdırılarsa, yaxşı olar".