Sərxan Kərəmoğlunun videosu yayıldı: “… məni öldürəcək” – VİDEO

Sərxan Kərəmoğlunun videosu yayıldı: “… məni öldürəcək” – VİDEO İki gündür müğənni Mətanət Əsədova ilə qalmaqal yaşayan aparıcı Sərxan Kərəmoğlunun vəziyyəti pisləşib.

Gecəyarı halı pisləşən aparıcının üstünə təcili yardım gəlib.

O, baş verən hadisədə Mətanəti günahkar bilib: “Anarı öldürdünüz, indi Mətanət kimilər Sərxanı da öldürəcək. Mətanət deyən kimi olsaydım, altımda maşınım, dəbdəbəli evim olardı. İki uşağımı zülmlə böyütmüşəm. Mən onu təhqir yox, tənqid etmişəm. Allah bu dəfə də məni həyatda saxladı”.

Qeyd edək ki, iki məşhur arasında gərgin münasibət M.Əsədovanın içki içdiyi yerdə çəkilmiş videosundan sonra başlayıb. Görüntüyə münasibət bildirən Sərxan müğənnini həmin məclisdə iştirak etdiyi və söyüş söyüldüyü halda, muğam oxuduğu üçün sərt tənqid edib.

Xatırladaq ki, “Hər şey daxil” verilişinə qonaq olan Əsədova Kərəmoğlunu təhdid edib və onun ünvanına təhqirlər səsləndirib.


Oxşar xəbərlər