"Anam məni tələf elətdirmək istəyirmiş" — FLORA KƏRİMOVADAN İLGİNC AÇIQLAMALAR

Xalq artisti Flora Kərimova "Mədəniyyət" kanalında yayımlanan "Şəxsən mən" verilişinin qonağı olub.
Ötən gün 77 yaşını qeyd edən sənətkar keçmişi barədə maraqlı açıqlamalar verib. Xalq artisti bildirib ki, anası onu dünyaya gətirmək istəmirmiş:

"Anam məni tələf etdirmək istəyib, amma son anda fikrindən daşınıb. Deməli, Allah məni çox istəyir. Uşaq vaxtı da ölə bilərdim, ondan bir az sonra da. Ancaq gördüyünüz kimi yetmiş yeddi yaşıma gəlib çatmışam. Həyatın hər üzünü görmüşəm, hər cür sınaqdan keçmişəm və bu günümə şükr edirəm. Çox xoşbəxt sənətkaram".
Sənətkar insanları bağışlaya bilmədiyini də etiraf edib:

"Bağışlaya bilmirəm. Çünki mən onu bağışlasam da, təbiətini dəyişə bilmərəm. İnsanın təbiəti dəyişmir. Əgər kimsə sizdən üzr istəyirsə, bunu özü üçün edir. Yəni, həmin an onun sizin tərəfinizdən bağışlanmağa ehtiyacı var".

Oxşar xəbərlər