Pakistanın cənub-qərbində törədilən terror aktı nəticəsində ölənlərin sayı 128 nəfərə çatıb.
TASS verdiyi xəbərə görə, bundan əvvəl 70 nəfərin öldüyü bildirilirdi. Hadisə nəticəsində 120 nəfər yaralanıb.
Mastunq şəhərində terrorçu-kamikadzenin parlamentin aşağı palatasına seçkilər öncəsi keçirilən mitinq zamanı partlayış törətdiyi təsdiqlənib.
Hadisəyə görə İŞİD terror qruplaşması məsuliyyəti öz üzərinə götürüb.