Əfqanıstanın paytaxtı Kabil şəhərinin qərbində terror aktı törədilib.
"Qaynarinfo" "Al Jazeera"ya istinadən xəbər verir ki, hücum nəticəsində 24 nəfər ölüb, 42 nəfər isə yaralanıb. Bomba yüklü maşın Mədənçilik Nazirliyinin işçilərini daşıyan avtobusu hədəf alıb və bomba Əfqanıstan parlamentinin üzvü Məhəmməd Mohaqeqin evi yaxınlığında partladılıb. Terakta görə məsuliyyəti Taliban terror qrupu öz üzərinə götürüb.
Qeyd edək ki, Əfqanıstanda bu ilin ilk yarısında 1662 nəfər mülki şəxs teraktın qurbanı olub. May ayında bomba ilə dolu yük maşını partladılmış və 150 nəfər dünyasını dəyişmişdi. Son terakt isə İŞİD tərəfindən Kabildə yerləşən məsciddə törədilmiş, 4 nəfərin ölümü ilə nəticələnmişdi.