Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) sədri Arif Alışanov və ailə üzvlərinin adının hallandığı proses davam edir. Sonuncu məhkəmə prosesində Arif Alışanovu, qızı Nigarı, sürücüsü Hacı Babayevi və bacısı oğlu Dəyanət Cəfərovu öldürməyə cəhddə suçlanan dörd nəfərə 57 il həbs cəzası istənilib.
Prokuror konkret Şücayət Əkbərova 18 il, Qoçalı Cəbiyevə 16 il, Zöhrab Şirinova 17 il, Aqşin Hüseynova isə 6 il həbs verilməsini təklif edib. Təqsirləndirilən şəxslər isə ittihamı qəbul etmir, istintaq dövründə işgəncə altında etiraf ifadələri verdiklərini deyirlər. Prokuror bildirib ki, məhkəmədə konkret sübutlar və başqa şahid ifadələri ilə onların günahı sübuta yetirilib. Təqsirləndirilən dörd nəfərdən yalnız biri - Aqşin Hüseynov özünü qismən təqsirli bilib. Ona da ancaq qanunsuz silah saxlama ittihamı verilib. Digər üç nəfər - Ş.Əkbərov, Q.Cəbiyev və Z.Şirinov iddia ediblər ki, Aqşinə onların üzünə durmaq müqabilində daha yüngül cəza vəd olunub. Ş.Əkbərovun özü, keçmiş həyat yoldaşı və qızının adına olan bir sıra əmlakların üzərinə həbs qoyulub. Prokuror həmin əmlakların müsadirə olunmasını və Alışanova dəymiş ziyanın ödənməsinə yönəldilməsini istəyib.
A.Alışanovun bacısı oğlu və sürücüsü də zərərçəkmiş qismində tanınıb. Ardınca onlar çıxış edib və prokurorun fikirləri ilə razılaşdıqlarını bildiriblər. Amma hər ikisinin əlavə bir istəyi olub. Onlar təqsirləndirilən şəxslərdən A.Hüseynovun səmimi ifadə verdiyini qeyd edərək, ona yüngül cəza verilməsini istəyiblər.
A.Alışanovun vəkili və məhkəmədə nümayəndəsi Zaur Abbasov deyib ki, təqsirləndirilən şəxslərdən Aqşin istisna olmaqla, digər üçü səmimi ifadə verməyiblər, əməllərindən peşman deyillər: “Üstəlik, məhkəmədə Arif Alışanovun ünvanına nalayiq ifadələr səsləndiriblər. Arif Alışanov onlardan şikayətçidir. Ona görə də prokurorun istədiyi cəza ilə razılaşırıq. Mülki iddianın da təmin olunmasını istəyirik”.
Vəkilinin sözlərinə görə, A.Alışanovun Aqşinə qarşı şikayəti yoxdur. Ona yüngül cəza verilməsini istəyir.
Məsələ burasındadır ki, Alışanovun özünə qarşı da kifayət qədər sərt ittihamlar səsləndirilib, o, milyonlarla manat mənimsəməkdə, hətta bir qızın ölümündə günahlandırılıb. Lakin bütün bunların müqabilində Alışanov suçlanmır, öz işinin başında, fəaliyyətinə davam edir. Bildirilir ki, Alışanovun istifadəsində olan şəxsi avtomobilinin qiyməti 300 min manatdır.
İttihamlara görə, Arif Alışanov 2007-ci ilin ortalarında Şamaxı rayonunda torpaq almaq qərarına gəlib və bu məqsədlə rayonun Nağaraxana kənd sakini Şücayət Əkbərovla tanış olub, aralarında yaxşı münasibət yaranıb. 2012-ci ildə Alışanov qardaşı Habili, yeznəsi Vidadi Cəfərovu, qayınları - Etibar, Natiq Bağırovları da kənd təsərrüfatı ilə məşğul olmağa, yəni ortaq biznesə cəlb edib, torpaqların yerli sakinlərdən satın alınmasında Şücayət Əkbərovdan kömək istəyib. Baş tutmayan bu biznesə 2012-ci ildən 2016-cı ilədək hissə-hissə qardaşı Habil 200 min manat, yeznəsi Vidadi 200 min manat, qaynı Etibar 1 milyon 800 min manat, digər qaynı Natiq 3 milyon 500 min manat, özü isə 500 min manat və ümumilikdə isə 6 milyon 200 min manat qoyaraq kənd təsərrüfatı və turizmlə məşğul olmaq qərarına gəliblər. Bu sövdələşmədən sonra Alışanov Ş.Əkbərovdan 50 hektar torpaq sahəsi üçün 1 milyon 5 min manat alıb. 2014-cü ilin fevralında Ş.Əkbərov 3 hektar 48 sot torpaq üçün 174 min manatı mənimsəyib.
AzTV sədri ifadəsində bildirib ki, Şücayət Əkbərov 2016-cı ilin dekabrından Mədrəsə qəsəbəsində SSRİ vaxtında tikilmiş hansısa hovuzu göstərmək istədiyini və təsvir etdiyinə görə suvarma işlərində gələcəkdə problem olmaması üçün həmin su hovuzuna baxıb almalı olduqlarını ona deyib. “Həmin vaxt Şücayətin bu təklifini normal qarşıladım. Hazırda isə anlayıram ki, Şücayət çölün düzündə olan sahəyə məni aparıb qətlə yetirmək istəyib. Lakin biz həmin yerə gedib baxa bilmədik... Sonradan Şücayət Əkbərovun məni, bacım oğlu Dəyanət Cəfərovu bir neçə dəfə qətlə yetirmək istədiyi məlum oldu”.
Alışanovun özünün də bir qız uşağının qətlində iştirak etməsi, milyonları mənimsəməsi ilə bağlı mətbuatda məlumatlar dərc olunmuşdu. Lakin bütün bunların müqabilində ona cinayət işi açılmadı.
Hüquqşünas Əsabəli Mustafayev “Yeni Müsavat”a bildirib ki, hazırkı proses Alışanova qarşı sui-qəsdə aiddir və ona görə də onun özünün həbs edilməsi gözlənilmir: “Alışanovun işini məhkəmə yox, istintaq orqanı araşdırmalıdır. Çünki məhkəmədə olan iş Alışanova qarşı sui-qəsdlə bağlıdır. Ancaq məhz Alışanovun hər hansı bir cinayətdə əli varsa, bunun üçün ayrıca istintaq olmalı idi. Ancaq bu, baş vermədi. Ona görə də məhkəmədə qeyd edilən məsələdən danışılmır. Alışanovun həbsi hazırkı şəraitdə gözlənilmir. Ancaq kimlərsə ittiham edirlərsə ki, Alışanov qadının ölümündə günahkardır, o zaman həmin şəxslər iddia ilə prokurorluğa şikayət edib, vəkil tutmalıdırlar. Bundan sonra işi davam etdirməlidirlər. Bugünkü gündə məhkəmədə yalnız Alışanova qarşı cinayət istintaq olunur”.
“Yeni Müsavat”