Azərbaycan prezidenti İlham Əliyev və birinci vitse-prezident xanım Mehriban Əliyevanın iştirakı ilə bu il mayın 24-də rəsmi açılış mərasimi keçirilmiş “Qobu Park” yaşayış kompleksində məcburi köçkün ailələrinin yerləşdirilməsinə başlanılıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, yeni mənzillərlə təmin edilən məcburi köçkün ailələrinin siyahısı mövcud qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərən komissiya tərəfindən hazırlanıb.
Komissiyaya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, əraziləri işğal olunmuş və köçkünlərin müvəqqəti məskunlaşdığı rayonların icra hakimiyyətlərinin, həmçinin məcburi köçkün icmalarının nümayəndələri daxildir. Məcburi köçkünlərin yeni yaşayış yerinə köçməsi üçün nəqliyyat xidməti dövlət vəsaiti hesabına təmin edilir. “Qobu Park” yaşayış kompleksinin ilk sakinləri Bakı şəhərinin Nərimanov rayonunda, “K.Rəhimov küçəsi, 824/835” ünvanında yerləşən tikintisi yarımçıq qalmış doğum evi binasının zirzəmisində müvəqqəti məskunlaşan və uzun müddət ağır şəraitdə yaşayan 46 ailə olub.
“Qobu Park”dakı mənzillərdə, əsasən, paytaxtın Nizami, Xətai, Suraxanı, Nərimanov, Səbail rayonlarındakı, Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyinə görə, qəzalı vəziyyətdə, yaşayış üçün təhlükəli hesab edilən binalarda, həmçinin müxtəlif tikililərin zirzəmilərində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri yerləşdirilirlər. Yeni binalarda hər bir ailə üçün yaşayış sahəsi komissiya tərəfindən müvafiq qayda və normalara uyğun olaraq müəyyənləşdirilir.
Xatırladaq ki, Bakı şəhərinin Qaradağ rayonu ərazisində, Lökbatan-Qobu yolunun 3 kilometr şərqində yerləşən və hər biri 2 bloklu, 9 mərtəbəli 11 yaşayış binasından ibarət olan “Qobu Park” yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 98-ci şəhərcikdir. Kompleksin tikintisinə dövlət vəsaiti xərclənməyib, yaşayış kompleksinin maliyyələşməsində sahibkarlar iştirak ediblər. Yaşayış kompleksinə üçmərtəbəli məktəb binası və uşaq bağçası daxildir. Yeni yaşayış kompleksində digər zəruri infrastruktur obyektləri - 350 yerlik mərasim evi, poçt, tibb, polis məntəqələri və mənzil-istismar idarəsi yaradılıb.