Sürücülük vəsiqələri bahalaşdı — Milli Məclis qərarı

Sürücülük vəsiqələri bahalaşdı — Milli Məclis qərarı Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə və avto-nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumu artırılıb.
Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilib.
Dəyişikliyə əsasən, sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə dövlət rüsumu 18 manatdan 25 manata, avto-nəqliyyat vasitələri üçün qeydiyyat şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu isə 17 manatdan 25 manata qaldırılıb.

Oxşar xəbərlər