Keçmiş deputatlığa namizəd olan şəxs cəzasının azaldılması məqsədi ilə Ali Məhkəməyə şikayət verib.
“Ölkə.Az”ın məlumatına görə, cinayət məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə qəsdən adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə qəsdən adam öldürmə) maddələri ilə təqsirləndirilən Orucov Nadir Oruc oğlunun məhkəmə baxışı may ayının 30-da hakim Vəfaddin İbayevin sədrliyi ilə keçiriləcək.
Xatırladaq ki, ağır cinayət hadisəsi 2011-ci il iyunun 8-i saat 16 radələrində baş verib. Nadir Orucov Nəsimi rayonunda, H.Seyidzadə 2A ünvanında sahibi olduğu avtomaşınların yuyulma məntəqəsinin ofisində münaqişə zəminində “Makarov” tipli tapançadan açdığı atəşlərlə Gəncə şəhər sakini Rövşən Rüstəmovu qətlə yetirib, sonra isə könüllü olaraq Nəsimi RPİ 19-cu polis bölməsinə gəlib və 1 ədəd nömrəsi silinmiş “Makarov” tipli tapançanı növbətçi hissəyə təhvil verib. O, cinayəti şəxsi münasibətlərin aydınlaşdırılması zəminində törətdiyini bildirib.
Nadir Oruc oğlu Orucov 2005-ci ildə 9 saylı Binəqədi II, 2010-cu ildə isə 21 saylı Nəsimi I Seçki Dairəsindən deputatlığa namizəd olub.
“Zivər Nadir” MTK İstehsalat Kommersiya firmasının baş direktoru işləyib, sahibkarlıqla məşğul olub. Mərhum Rövşən Rüstəmov 1993-98-ci illərdə Dövlət Xüsusi Mühafizə Xidmətində baş leytenant işləyib.
İstintaq gedişatında məlum olub ki, qətl borc üstündə baş verib və əvvəlcədən planlaşdırılıb. Qeyd edək ki, Nəsimi rayon prokurorluğu tərəfindən başlanan cinayət işinin istintaqı Bakı şəhər prokurorluğunda davam etdirilib.
2013-cü il martın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 14 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Orucovun müdafiəçisi hökmdən apellyasiya şikayəti verərək cəzanı yüngülləşdirmək istəyib. İlk dəfə keçirilən məhkəmə zamanı məhkumun şikayəti təmin edilməyib. Qərardan Nadir Orucov Ali Məhkəməyə kassasiya şikayəti verib. Öz növbəsində Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib və işi yenidən baxışa göndərib.
Bu dəfə Bakı Apellyasiya Məhkəməsi işi araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü ləğv edib. Qərara əsasən CM-nin 178.3.2-ci maddəsi ilə ona bəraət verilib, digər maddələr 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, satma və gəzdirmə) maddələrinə tövsif edilib və ona 10 il cəza təyin olunub.