Bakının "Sovetski” adlanan ərazisində aparılan söküntülərə bundan sonra Baş nazirin müavini Hacıbala Abutalıbov nəzarət edəcək.
Axar.az xəbər verir ki, Abid Şərifovun gördüyü işi bundan sonra Hacıbala Abutalıbov davam etdirəcək. Belə ki, Baş nazirin yeni müavini olan H.Abutalıbova A.Şərifovun işləri həvalə olunub. BŞİH-in rəhbəri "Sovetski”dəki söküntü-tikinti işlərinə də cavabdeh olacaq.
Məlumata görə, artıq ərazidə yaşayan sakinlər köçürülmə ilə bağlı məlumatlandırılıblar. Gələn ayın əvvəlindən "Sovetski”də köçürülmənin növbəti mərhələsinə başlanılacaq.
Bu mərhələdə 2500-ə qədər evin sökülməsi nəzərdə tutulur. Sakinlərə bildirilib ki, hər hansısa şikayətləri ilə bağlı Yasamal rayon İcra Hakimiyyətinə və H.Abutalıbova müraciət etməlidirlər.