Xaçmaz rayon Suvarma Sistemləri İdarəsinin rəhbəri Vaqif Səlimov - “Azərbaycanda bütün infrastruktur layihələri ardıcıl şəkildə icra edilir. Məhz, bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib, eyni zamanda digər sahələrin də tərəqqisinə əlavə təkan verib”. Bu gün ölkəmizin 30-dan çox elektrik stansiyası var və bu, enerji təhlükəsizliyini təmin edir. Hətta, Azərbaycan nəinki özünü elektrik enerjisi ilə təmin edir, bu enerjini ixrac belə edir: “Bununla yanaşı, ölkəmizdə qazlaşdırma 96 faizə çatıb və bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir. Təsadüfi deyildir ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci, dəmir yollarının səmərəliliyinə görə isə 12-ci yerdədir. Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan 27-ci yerdədir. Bütövlükdə infrastrukturla bağlı olan vəziyyətə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir”.
“Ölkəmizdə həyata keçirilən infrastruktur layihələri arasında içməli su və meliorasiya layihələri də xüsusi əhəmiyyət kəsb edir. 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində olduğu halda, bu gün 70 faizə çatıb. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idisə, bu gün bu rəqəm təxminən 82 faizdir. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idisə, bu gün bu rəqəm 63 faizdir: “Lakin bu uğurlara baxmayaraq cənab Prezident İlham Əliyevin tapşırığı ondan ibarətdir ki, Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır. Son illərdə Azərbaycanda nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişib, onların arasında Oğuz-Qəbələ-Bakı su kəməri xüsusilə qeydedilməlidir. Taxtakörpü su anbarının tikintisi tarixi layihədir. Çünki bu anbarın su tutumu kifayət qədər böyükdür - 270 milyon kubmetr. Buradan su təqribən 30 min hektar suvarılmayan torpaqlara su verilir. Digər böyük layihə Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici qurğuların inşa edilməsidir. Şəmkirçay su anbarı əhəmiyyətlidir, anbarın su tutumu 165 milyon kubmetrdir və qərb zonasının bir neçə rayonu bu imkanlardan faydalanır. Cənub zonasında yerləşən Göytəpə və Tovuzçay su anbarları da inşa edilib. Son 15 il ərzində yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetrdir. Keçən il yaşanan quraqlıq onu göstərdi ki, böhranlı vəziyyətdə nə etməyin lazım olduğunu aidiyyəti qurumlar düzgün müəyyən edə bilməyiblər.
Su həyat deməkdir. İlk növbədə, insanların sağlamlığı böyük dərəcədə təmiz içməli sudan asılıdır. Su itkilərinə yol verilir, suyun mənbəyi düzgün təhlil edilmir. Xərclərə nəzarət çox aşağı səviyyədədir. Suyun çatışmazlığı iqtisadiyyatımıza, kənd təsərrüfatının inkişafına, fermerlərin gəlirlərinə nə qədər böyük ziyan vurur. Taxılçılıqda və pambıqçılıqda məhsuldarlıq daha yüksək olmalı idi. Suya qənaət olunmalıdır, xarici mütəxəssislər cəlb edilməlidir. Bütün bu qanunsuz qoşulmalar tezliklə aradan qaldırılmalıdır. Yerli və mərkəzi icra orqanları, lazım gələrsə, hüquq mühafizə orqanları bu işlərə cəlb edilməlidir. İtkilərin kəskin azaldılması ilə bağlı kompleks tədbirlər görülməlidir. İtkilərin əsas mənbəyi torpaq kanallardır. Digər mərhələlərdə də itkilərə yol verilir. Bəzi hallarda bu itkilər süni şəkildə şişirdilir.
Su təhlükəsizliyimizin təmin edilməsi Prezident İlham Əliyevin perspektiv prioritetləri sırasındadır. Məqsəd ondan ibarətdir ki, bundan sonrakı müddətdə su itkilərinə yol verilməsin, suyun mənbəyi düzgün təhlil edilsin və xərclərə nəzarət gücləndirilsin. Su çatışmazlığı əlbəttə ki, insanların gündəlik yaşayışı təsir etdiyi kimi məhsuldarlığa da təsir edir. Bu səbəbdən də perspektiv layihələr çərçivəsində 22 kanal yenidən qurulacaq, bunun nəticəsində də təqribən 300 min hektara yaxın əkin sahəsinin su ilə təminatını tam həll ediləcək.
Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Xaçmaz rayon Suvarma Sistemləri İdarəsinin rəhbəri Vaqif Səlimovdur.
Vaqif Səlimovun adı, Xaçmaz ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..
Vaqif Səlimov Xaçmaz rayon Suvarma Sistemləri İdarəsində gördüyü uğurlu işlərlə rayon camaatının rəğbətin qazanmışdır.
Əhalinin içməli, əkin sahələrinin suvarma suyu ilə təminatı vəziyyətinin yaxşılaşdırılması daim Vaqif Səlimovu qayğılandırmışdır. Suyu əkin sahələrinə ötürən nasos stansiyaları əsaslı təmir olunub. Bu işlər hazırda da davam etdirilir. Vaqif Səlimovun rəhbərlik etdiyi Xaçmaz rayon Suvarma Sistemləri İdarəsinin kollektivi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Suvarma kanallarının lildən təmizlənməsi, bəndlərin bərkidilməsi işləri vaxtında və keyfiyyətlə yerinə yetirilir. İdarə rayonda minlərlə hektarlıq ərazidə meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərir. SSİ daşqın və sel sularına qarşı mübarizə tədbirlərini uğurla həyata keçirir. Fermerlər, şəxsi təsərrüfat rəhbərləri, su istifadəçiləri SSİ-nin göstərdiyi xidmətlərdən razıdırlar. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin qaz vəziyyətdə qalması daim diqqət mərkəzindədir. Torpaq sahələrinin meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə kollektor dren şəbəkəsi təmizlənir, elektrik mühərriklərinin, nasos aqreqatlarının, hidrotexniki qurğuların, nasos stansiyalarının, hidropostların əsaslı və cari təmiri həyata keçirilir.