“Yol həm mədəniyyətdir, həm rahatlıqdır, həm müasirlikdir, həm də ölkənin səviyyəsini göstərir”
İlham ƏLİYEV
İlham ƏLİYEV
Bugün tam əminliklə deyə bilərik ki, bir ölkənin tarixinin, xalqın keçmişinin sübutu məhz həmin bölgənin mədəniyyətidir. Bir məmləkətin mədəniyyəti, təbii ki, qısamüddətli zaman çərçivəsində deyil, əsrlərlə formalaşan bir amildir. İnkişaf etmiş ölkələr həm də yol mədəniyyətinə görə seçilirlər. Yol, eyni zamanda vətəndaşların rahat həyatı, güclü iqtisadiyyat deməkdir. Müstəqil Azərbaycan bütün sahələrdə olduğu kimi, özünün yol mədəniyyəti ilə də dünyada fərqlənən ölkələr sırasındadır. Respublikamızda yol infrastrukturunun qurulması işi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz Heydər Əliyevin sözləri ilə desək: “Yol mədəniyyət, iqtisadiyyat, bir sözlə, həyat deməkdir”. Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı dövlət strategiyasında yol-nəqliyyat infrastrukturunun yenilənməsinə xüsusi önəm verilməsi heç də təsadüfi deyil. Bu istiqamətdə görülən işlər dövlətin məqsədyönlü şəkildə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olmaqla yanaşı, həm də ölkənin sürətli iqtisadi inkişafı ilə bağlıdır.
Elman Cavadi dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!
Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Zərdab Rayon 39 saylı Yol idarəsinin müdiri Elman Cavadidir.
Zərdab Rayon 39 saylı Yol idarəsinin müdiri Elman Cavadi vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və rəhbərliyin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.
Elman Cavadinin adı, Zərdab respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..
Elman Cavadi əsl ziyalı vicdanlı və vətənpərvər şəxsiyyət kimi milli “mən”i şəxsi “mən”dən hər zaman uca tutur, özünə hörməti şəxsi iddialarda deyil, uğurlu əməllərdə axtarır.
Elman Cavadi yüksək insanlığı ilə seçilən bir insan və Zərdab Rayon 39 saylı Yol idarəsinin müdiridir! Elman Cavadi vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.
Elman Cavadi - əsl ziyalı üçün vacib sayılan mühüm keyfiyyətlərdən biri də onun aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda yolların mənafeyi baxımından ən doğru, dürüst olanı seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir.
Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Elman Cavadi Zərdab Rayon 39 saylı Yol idarəsinin müdirilik fəaliyyətinə ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.
Amma mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir? Zərdab Rayon 39 saylı Yol idarəsinin müdiri Elman Cavadinin nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Elman Cavadini nüfuzdan salmağa çalışırlar.
Bu yüksək vəzifəli şəxs barədə yalan dolu məlumatlar yazan saytların niyyəti məlum olub. Həmin saytlar ifşa olunub və yazılar saytlardan silinib. Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən Zərdab Rayon 39 saylı Yol idarəsinin müdiri Elman Cavadini şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.