Azadə Orucova: Respublika Elmi- Texniki Kitabxanası ən böyük elmi- sahəvi kitabxanasıdır

Azadə Orucova: Respublika Elmi- Texniki Kitabxanası ən böyük elmi- sahəvi kitabxanasıdır Həqiqətəndə Azərbaycan qadını tarix boyu həmişə öz ağlı və zəkası, ismət və fədakarlıqı, çalışqanlıqı və mərdliyi, vətənpərvərliyi, millətinə, torpağına olan hədsiz məhəbbəti və xalqımızın milli adət-ənənələri, milli xüsusiyyətlərinə sadiqliyi ilə tanınmışdır.

Zaman keçdikcə əsrlər boyu sürətlə mariflənən qadınlarımız, milli dəyərlərə sadiq qalmış, ana dilimizin, mədəniyyətimizin, mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar.

Dövlətimizin hər tərəfli qayğısı ilə əhatə olunan Azərbaycan qadınlara milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, elm və təhsil, səhiyyə və mədəniyyət, həmçinin digər sahələrdə qazandıqları uğurlar ilə böyük nüfuz qazanmışlar.

Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur.Müdriklər demişkən, ”xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”.

Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığına vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında gözəl, mehriban, bacarıqlı, yüksək biliyə malik olan, öz işinin öhdəsİndən layiqincə gələn Respublika Elmi Texniki Kitabxananın direktoru Azadə Orucovadır.

Respublika Elmi Texniki Kitabxananın direktoru- Orucova Azadə Əsəd qızı
Kitabxananın direktoru Orucova Azadə Əsəd qızı 1959-cu il iyulun 1-də Tovuz rayonunun Alakol kəndində anadan olmuşdur. 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 1984-cü ildən Respublika Elmi-Texniki Kitabxanasında işləyir. Səmərəli və qüsursuz iş fəaliyyətinə görə müxtəlif dövlət qurumları tərəfindən fəxri fərman və təşəkkürlərlə təltif olunub.


Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Respublika Elmi- Texniki Kitabxanası ən böyük elmi- sahəvi kitabxanalardan biri olmaqla yanaşı ənənəvi kitab təbliği və kitabxana- biblioqrafiya xidmətindən əlavə müəllif şəhadətnamələri və patent ədəbiyyatı, normativ-texniki sənədlər, xarici ölkələrin jurnalları və digər ədəbiyyatı özündə əks etdirən elmi- tədqiqat işi və metodik fəaliyyətlə məşğul olan böyük elmi müəsisədir.
Bu gün Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Repsublika Elmi- Texniki Kitabxanası respublikanın nazirlik, şirkət, idarə və müəssisələri, elmi- tədqiqat və layihə institutlarına, eləcə də elm və texnika sahəsində tədqiqat aparan ayrı- ayrı şəxslərə, ali məktəb tələbələrinə məlumat- biblioqrafiya və kitabxana xidməti göstərən respublika mərkəzi hesab olunur.
RETK- nın fondunda ictimai- siyasi ədəbiyyat,elmi- texniki , sorğu materiallar, dövri və ardı davam edən nəşrlər, təcrübə- konstruktor işləri, tərcümələr, sənaye kataloqları, normativ-texniki sənədlər, ixtiralar, ixtiraçılıq- patent hüquqları haqqında ədəbiyyat, patentlər, mətbuatda dərc olunmayan ədəbiyyat qorunub saxlanır.
Onu da qeyd edək ki, Azərbaycanın neft və qaz hasilatı sənayesi sahəsinə aid olan çox qədim ədəbiyyatlar fondda xüsusi saxlanılır.

Kitabxana hansı təşkilatla, ali məktəblərlə əməkdaşlıq edir?

Türkiyənin Bəyazit (İstanbul) Dövlət Kitabxanası tərəfindən 1990- cı il sentyabr ayında Respublika Elmi- Texniki Kitabxana ilə əməkdaşlıq müqaviləsi rəsmi təsdiq edilmişdir. Həmin müqavilədə il ərzində hər iki kitabxana tərəfindən ədəbiyyat mübadiləsi və iş təcrübəsini öyrənmək məqsədilə kitabxana işçilərinin qarşılıqlı ezamiyyə tədbirləri nəzərdə tutulmuşdur. Respublika Elmi- Texniki Kitabxanası Bakı Dövlət Universiteti Kitabxanaçılıq- informasiya fakültəsinin tədris- informasiya fakültəsinin tədris- istehsalat bazası hesab edilir. BDU ilə RETK arasında bağlanmış müqavilə əsasında kitabxanaçılıq- informasiya fakültəsinin tələbləri ilə praktiki məşğələlərdə iştirak edir, kitabxananın müxtəlif şöbələrinin işi ilə tanış olaraq, iş proseslərini mənimsəmişlər. Bundan əlavə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti , Milli Elmlər Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat İnstitutu və digər elm- təhsil ocaqlarından elmi işlər, dissertasiyaların, referatların 1 nüsxəsi kitabxanaya daxil olur.


Respublika Elmi- Texniki kitabxanasının 13 şöbəsi fəaliyyət göstərir.
1. Rəhbərlik
2. Təsərrüfat şöbəsi
3. Komplektləşdirmə şöbəsi
4. Elmi Kitabişləmə şöbəsi
5. Xidmət şöbəsi: 1. Abonement bölməsi; 2. Oxu zalı bölməsi; 3. Fond bölməsi; 4. Kitabxanalar arası abonement bölməsi; 5. Dx və mübadilə fondu bölməsi;
6. Elmi- Metodik şöbə
7. Məlumat- Biblioqrafiya şöbəsi
8. Xarici ədəbiyyat şöbəsi
9. Differensial Məlumat Xidməti və Tədqiqat şöbəsi
10.İnformasiya Texnologiyaları şöbəsi
11.Respublika Patent fondu
12.Respublika Normativ Sənədlər fondu
13. Gəncə filialı

Oxşar xəbərlər