Afrində xəritə dəyişdi — Terrorçuların Türkiyə sərhədilə əlaqəsi kəsildi

Afrində xəritə dəyişdi — Terrorçuların Türkiyə sərhədilə əlaqəsi kəsildi Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun Budağı” əməliyyatlarıda 36 gün geridə qaldı.
AZTB.info Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyatların başlamasından indiyə kimi 2018 terrorçu zərərsizləşdirilib. Türkiyə tərəfdən isə 33 nəfər şəhid olub, 183 nəfər yaralanıb.
Bu gecə davam edən əməliyyatlar nəticəsində daha 5 kənd terrorçulardan azad edilib. Qərbdə Racu, şərqdə isə Bülbül xətlərinin birləşməsi ilə terrorçuların Türkiyə sərhədi ilə əlaqəsi tamamilə kəsilib.

Oxşar xəbərlər