"Dolu" filminin məşhur aktyoru, Drakon rolunun ifaçısı Rza Rzayevin məktəb direktorunu hədələməsindən danışıb.
Aktyor "Ölkə.Az"-ın əməkdaşıyla söhbətində bildirib ki, 220 nömrəli məktəbin direktoru Tural Mirzəyevin müəllimlərə qarşı etdiyi qeyri-etik hərəkətlərə görə bu addımı atıb:
"Sözsüz ki, mən bir azərbaycanlıyam və hər kəs də bilir ki, mühafizəkar insanam. Cəmiyyətin, kişilərin borcudur ki, qadınları qorusun. Bu direktor məktəbdə bir neçə qadın müəllimləri tək-tək yanına çağıraraq, onların adının mənasını soruşub. Əgər bu adam özü dediyi kimi filoloqdursa, hamını bir yerə yığıb adlarının mənasını soruşa bilər. Ancaq o, gənc qadın müəllimləri yanına çağırıb, adının mənasını soruşur, durub kompüterdə baxıb deyir ki, sənin adının mənası gözündən od-atəş yağan deməkdir. Bəziləri çaya dəvət edir. Yəni, bir sözlə müəllimlərə "patxod" edir".
Rza Rzayev bildirib ki, direktor məktəbdə qanunsuz pul yığdırırmış:
"Həmin müəllimlər mənim ailə üzvüm, ibtidai siniflər üzrə direktor müavini olan Zeynəb xanıma gəlib deyiblər ki, artıq direktorun otağına getməyəcəyik. Çünki bu bizə belə suallar verir. Zeynəb xanım bununla bağlı ona deyib ki, siz gənc adamlarsınız, amma biz on beş ildir burada işləyirik, etik qaydalara riayət edin. Sonra direktor mənim ailə üzvümdən hazırlıq pullarının yığılmasını tələb edib. Bildirib ki, bu, qanunidir və Bakı Şəhər Baş Təhsil İdarəsi ilə danışmışam. Ailə üzvüm həmin pulların ilk ayını yığandan sonra direktora deyib ki, baş idarəylə olan müqaviləni verin mənə. Direktor bildirib ki, belə müqavilə yoxdur, şifahidir. Zeynəb xanım bildirib ki, bu qanunsuzdur, kimdənsə pul yığa bilmərəm.
Orada Gülşən adlı təsərrüfat müdiri var. Həmin pulları da o yığır. Müəllimlərin telefon danışıqları var. Həmin danışıqların səs yazısı da mövcuddur. Məktəbin 3-4 müəllimi binada təmir işləri gördürüblər. Sonradan direktorun yanına gediblər ki, demişdiniz hazırlıq pullarından sizin pulunuz veriləcək. Əgər belədirsə, hazırlıq pullarından öz pulumuzu götürürük. Direktor Zeynəb müəlliməni çağırıb deyib ki, sənin müəllimlərin özlərini yaxşı aparmırlar. Sonra məktəbdə başqa qanunsuz hərəkətlər baş verib. Məsələn, hansısa firma məktəbin bütün siniflərinə direktorun icazəsiylə elanlar paylayıb. Müəllimləri məcbur edib aktlaşdırıblar ki, guya Zeynəb xanım belə bir şərait yaradıb. Ancaq telefon danışıqlarında da deyilir ki, həmin izahatı onlara direktor zorla yazdırıb".
Tanınmış aktyorun sözlərinə görə, artıq baş verənlərlə bağlı polis bölməsinə dəvət edilib və izahat verib:
"Artıq gedib izahat vermişəm, heç bir problem yoxdur. Hər bir namuslu, şərəfli Azərbaycan qadınını qorumaq mənim borcumdur. Həmin borcumu bu günə qədər layiqli şəkildə yerinə yetirmişəm, bu gündən sonra da yerinə yetirəcəyəm. Hər bir şərəfli Azərbaycan qadını, bizim anamız və bacımızdır. Buna görə hansı qanun pozuntusuna yol vemrişəmsə, peşman deyil. Ən ağır cəzanı da almağa hazıram".
Qeyd edək ki, musavat.com saytının yaydığı görüntülərdə Rza Rzayev qohumunun işdən çıxarılmasına etiraz edir və bu qərarını dəyişməsi üçün direktora vaxt verir, əks halda onu özünün cəzalandıracağını bildirir.