"Qiyamət saatı" yeniləndi: dünyanın sonuna 2 dəqiqə qaldı
Dünyanın sonunu baş verən hadisələrə uyğun simvolik olaraq təxmin edən "Qiyamət saatı" yenilənib.
Qaynarinfo xəbər verir ki, saatın əqrəbi 30 saniyə irəli çəkilib. Beləlikə, "Qiyamət saatı" 11:58-i göstərməyə başlayıb.
Elm adamları saatın irəli çəkilməsinin səbəbini açıqlayıb. Buna səbəb olaraq Koreya yarımadasında gərginliyin artması, böyük dövlətlərin nüvə xərclərini artırması, dünya miqyasında silahlanma ilə bağlı nəzarətin olmaması və iqlim dəyişikliyi ilə mübarizədə siyasi iradənin olmaması göstərilib.
1953-cü ildə qurulan "Qiyamət saatı" bu günə qədər hər il yenilənib. 1991-ci ildə saat rekord səviyyədə - 17 dəqiqə önə çəkilmişdi. Həmin vaxtdan daim gecə yarısına doğru yaxınlaşan saatın əqrəbi 2010-cu ildə geri çəkilmişdi.