Azərbaycanda fəaliyyət göstərən şəbəkə Ümumdünya Vəhşi Təbiət Fondunun "Yer Saatı" beynəlxalq kampaniyasına qoşulacaq.
"Qafqazinfo" xəbər verir ki, Paşa İnşaat Ticarət Mərkəzləri Qrupunun qoşulduğu kampaniya zamanı - 25 mart tarixində, saat 20.30-dan 21.30-a dək Port Baku, Gənclik və 28 ticarət mərkəzlərinin fasad işıqları söndürüləcək.
Azərbaycanda İDEA İctimai Birliyinin koordinatoru olduğu kampaniyada hər il mart ayının son şənbə günü Ümumdünya Vəhşi Təbiət Fondu tərəfindən keçirilən aksiya zamanı bütün dünya üzrə hər kəs, dövlət və qeyri-dövlət, kommersiya təşkilatları, ictimai birliklər və s. həyatı vacib olmayan elektrik cihazlarını bir saat müddətinə söndürməyə çağrılır və bu addımla dünyada baş verən iqlim dəyişikliyinə diqqət arılması təşviq edilir.