WhatsApp bu telefonlarda işləməyəcək

WhatsApp bu telefonlarda işləməyəcək Mesencer daha əvvəllər buraxılmış versiyaları dəstəkləməyəcək

Bu ilin sonundan etibarən WhatsApp mesenceri BlackBerry, Android və Nokia-nın bir sıra əməliyyat sistemlərində işləməyəcək.

Mesencer Google, Apple və Microsoft şirkətlərinin ən çox istifadə olunan platformalarına diqqət yetirəcək və daha əvvəllər buraxılmış versiyaları dəstəkləməyəcək.

Bu sıraya BlackBerry, BlackBerry 10, Nokia S40, Nokia Symbian S60, Android 2.1, Android 2.2, Windows Phone 7.1 əməliyyat sistemləri daxildir.

Məlumatda bildirilir ki, bu əməliyyat sistemləri artıq mesencerdən hərtərəfli şəkildə istifadə etməyə imkan vermir.

Şirkət belə telefonlardan istifadə edənlərə əməliyyat sistemlərini daha sonrakı versiyalara qədər yeniləməyi tövsiyə edir.

Oxşar xəbərlər