Ukraynanın prezidenti Petro Poroşenko Azərbaycan prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib.
APA məlumat verir ki, P. Poroşenko iki dövlət başçısı arasında qurulmuş etibarı və qarşılıqlı anlayışı yüksək qiymətləndirib.
Ukrayna prezidenti əmindir ki, fəal dövlətlərarası dialoq və birgə səylərimiz Ukraynanın və Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa olunmasına yardım edəcək:
"Qəti əminəm ki, dərin tarixi köklərə malik Azərbaycan-Ukrayna strateji tərəfdaşlıq əlaqələri gələcəkdə də həm ikitərəfli ölçüdə, həm də beynəlxalq strukturlar çərçivəsində fəal inkişaf edəcək. Sizə möhkəm cansağlığı, həyat enerjisi və dost Azərbaycan xalqının səadəti uğrunda dövlət başçısı vəzifəsində fəaliyyətinizdə yeni nailiyyətlər arzu edirəm".