Barselonada fahişələrə nəzarət edən şəxsi partlatdılar

Barselonada fahişələrə nəzarət edən şəxsi partlatdılar Barselonada minalanmış avtomobil partladılıb.
Bu barədə "Vanguardia" qəzeti məlumat yayıb. Verilən məlumata görə, avtomobilin partlaması nəticəsində bir nəfər ölüb.

Polis partlayışın terror hadisəsi olmadığını güman edir. Lakin prokurorluq hadisənin kriminal dairələr arasında ədavət nəticəsində törədildiyini bildirib. Hadisə nəticəsində iki avtomobil yanıb, yaxınlıqdakı 4 binanın sakinləri təxliyə olunublar.
Partlayış zamanı ölən şəxsin fahişəlik sahəsinə nəzarət edən kriminal dəstənin üzvü olduğu bildirilib. Vurğulanıb ki, həmin şəxs 2013-cü ildə La Junkera şəhərindəki “Paradiz” kompleksində törədilən partlayışla əlaqəli biridir. Hadisənin araşdırıldığı əlavə edilib.

Oxşar xəbərlər