ABŞ-dan Türkiyə ilə Amerika arasında viza qalmaqalı ilə bağlı açıqlama verilib.
“Ölkə.Az” xəbər verir ki, ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Hezer Nauert jurnalistlərə açıqlamasında bildirib ki, iki ölkə arasındakı viza problemi həll olunmaq üzrədir. Onun sözlərinə görə, hər iki ölkə rəhbərliyi problemin həll olunması üçün doğru addımlar atıblar.
“Düşünürəm ki, artıq viza qalmaqalı sona çatacaq. Bu problemin həlli üçün hər iki dövlət düzgün qərar verdi və məsələ yetərincə yumuşaldı. Hazırda iki ölkə “məhdud sayda” vizaların verilməsini bərpa edib. Düşünürəm ki, yaxın gələcəkdə bu problem tamam həll ediləcək”, - deyə Hezer Nauert bildirib.
Qeyd edək ki, ötən gün həm Türkiyə, həm də Amerika qarşılıqlı olaraq viza qərarı veriblər. Verilən qərara görə, diplomatik nümayəndəliklər üçün “məhdud sayda” vizaların verilməsi bərpa edilib.