Babalarının qəbrini ziyarət edən yarıçılpaq “gözəlçə”lərə cinayət işi açıldı — FOTO

Babalarının qəbrini ziyarət edən yarıçılpaq “gözəlçə”lərə cinayət işi açıldı — FOTO Meksikada qəbiristanlıqda qəribə hadisə baş verib.
“Ölkə.Az” xəbər verir ki, babalarının məzarını ziyarətə gedən 3 gənc və gözəl qız çəkdirdikləri fotolarla böyük olaya səbəb olublar. Belə ki, qızlar qəbirin üstündə yarıçılpaq şəkildə şəkil çəkdiriblər. Əyinlərindəki dar şortik, ecazkar görünüşlərinə baxanda düşünmək olar ki, sankı qızlar qəbiri ziyarətə deyil, diskotekaya gəliblər.

Qızlardan biri sosial şəbəkələrdə Egso Orteqa adı ilə məşhur olan modeldir. Onun “Facebook”da 400 min izləyicisi var. Orteqa çəkdirdikləri fotoları “Facebook” səhifəsində paylaşandan sonra böyük qalmaqal başlayıb. Fotoları 20 min izləyici təkrar paylaşıb. Görüntülərə 6 mindən çox izləyici şərh yazıb, minlərlə izləyici bəyənib.
Dünyasını dəyişən şəxsin digər nəvəsi Annesi Hernandez babasının məzarında şok edici fotoları gördükdən sonra qəzəblənib. O, məhkəməyə müraciət edərək, babasının təhqir olunduğunu bildirib. Məhkəmə də, cəzibədar qızların üçün barədə “ölünü təhqir etmək” maddəsilə cinayət işi açıb.

Oxşar xəbərlər