Mitinqə gedən aktyor: "İşimizdən uzaqlaşdırılmamışıq" — AÇIQLAMA

Mitinqə gedən aktyor: "Milli Şuranın oktyabrın 7-də “Məhsul” stadionunda keçirdiyi mitinqdə iştirak etməyimiz doğrudur. Amma mitinqdə iştirak etdiyimizə görə nə işimizdən uzaqlaşdırılmışıq, nə də seriallardan. Yayılan informasiyalar həqiqəti əks etdirmir".

Bu sözləri "Ölkə.Az"-a açıqlamasında Akademik Milli Dram Teatrının tanınmış aktyoru, əməkdar artist Abbas Qəhrəmanov barəsində yayılan xəbərlərə münasibət bildirərkən səsləndirib.
Qeyd edək ki, bəzi saytlarda əməkdar artist Abbas Qəhrəmanov və Ayşad Məmmədovun bir neçə gün öncə mitinqdə iştirak etdiklərinə görə işdən çıxarıldığı barədə xəbər yayılmışdı.

Oxşar xəbərlər