Qaxda FACİƏ: Gənc oğlan doğum günündə öldü

Qaxda FACİƏ: Gənc oğlan doğum günündə öldü Bu gün Qax rayonunda elektrik cərəyanının vuraraq öldürdüyü gənclə bağlı bəzi təfərrüat məlum olub.

AZTB.info report.az-a istinadən bildirir ki, Qax şəhər sakini, 1990-cı il təvəllüdlü Zakir Fikrət oğlu Əhmədov yaşadığı evin həyətində santexnik işləri görərkən ehtiyatsızlığın qurbanı olub.

Belə ki, Z.Əhmədov həyətdə plastmas boruları yapışdıran ütüdən istifadə edib işini yekunlaşdırarkən ehtiyatsızlıq edib. O, bir-neçə yerdən zədəli olan uzadıcı naqilin açıq hissəsinə əllə toxunub. Nəticədə yer nəm olduğundan elektrik cərəyanı onu vuraraq öldürüb.

Qeyd edək ki, Z.Əhmədov 1990-cı il oktyabrın 10-da Qax şəhərində doğulub və bu gün 27 yaşını tamam olurdu.

Oxşar xəbərlər