Dünyanın ən qalmaqallı yazıçılarından biri, haqqında İranın mərhum lideri ayətulla Ruhulla Xomeyninin 1989-cu ildə ölüm fətvası verdiyi Salman Ruşdinin yeni, "Qızıl ev" ("The Golden House") adlı kitabı satışa çıxarılıb. Roman "Qolden evi" də adlandırılır.
Milli.Az ABC-yə istinadən bildirir ki, romanda Barak Obamanın ABŞ-da prezidentlik dönəmi və Donald Trampın hakimiyyətə gəlişi təsvir olunur.
Romanın baş qəhrəmanı, milyarder Neron Qolden ABŞ-ın indiki prezidentinə çox bənzəyir.
"Şeytan ayələri" romanında İslamı və Quranı aşağılamış 70 yaşlı Salman Ruşdi isə hesab edir ki, romanı, sadəcə, Tramp barədə yox, Birləşmiş Ştatların çağdaş cəmiyyətinin problemləri barədədir.
"Qızıl ev"də Nyu-Yorka köçən Neron Qoldenin ailəsindən bəhs edir. Az sonra bəlli olur kim, müsəlman ailə Hindistanın Mumbay şəhərində yaşanan faciəli hadisələrdən sonra ABŞ-a qaçıb.
"Romanın sosial qayəsi ümiddən ümidsizliyə səyahətdir. Bütün hadisələr Barak Obamanın inauqurasiya mərasimində başlayır, bu günədək davam edir", - Salman Ruşdi söyləyib.
"Man Booker" mükafatının laureatı olan S.Ruşdinin sözlərinə görə, romanda Qurani-Kərimə münasibət də bəllidir.
"Quran bəşəriyyət üçün o qədər gərəkli kitab deyil. Şəxsən mənə Quran xoş deyil. Quranı yeniləmək, redaktə etmək də mənasızdır, çünki heç nə dəyişən deyil. İncildən, "Əhdi-Ətiq"dən və "Əhdi-Cədid"dən Quranı fərqləndirən başlıca məqam sadaladığım kitablar barədə Quranda çox az bəhs olunmasıdır. Quranın əksər hissəsi kafirlərə nifrət, onların cəhənnəmdə necə əzab çəkmələrindən bəhs edən rəvayətlərdir. Yerdə qalan kiçik hissə isə müsəlmanların davranış qaydalarıdır. Quranı redaktə etməm üçün bu kitabı yenidən oxumağım gərəkdir.
Mənsə bunu istəmirəm", - 30 il əvvəl "Şeytan ayələri" romanı ilə milyonlarla müsəlmanın nifrətinə səbəb olmuş S.Ruşdi söyləyib.
Bir sıra ölkələrin vətəndaşlarına ABŞ-a səfərlərlə bağlı tətbiq edilən yasaqlara gəldikdə isə, S.Ruşdi bunu absurd hesab edir.
"ABŞ mürəkkəb ölkədir. Bu ölkəyə yollanmaq asan, oranı tərk etmək çətindir. Lakin məni kimsə dayandıra bilməz. Çünki pasportum var, üstəlik də Nyu-York hələlik Trampıstan deyil", - S.Ruşdi deyib.