“Ermənistan xarici işlər nazirinin Qarabağ ətrafı ərazilərin qaytarılması ilə bağlı dedikləri əslində danışıqlar masasında müzakirə olunanları gizlətmək cəhdidir”.
Publika.az xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Romella Mnasakyan deyib.
Qeyd edək ki, Ermənistan XİN rəhbəri Edvard Nalbandyan danışıqlarda Qarabağ ətrafı rayonların qaytarılması məsələsinin müzakirə edildiyini bildirərək, “Söhbət o ərazilərdən gedir ki, Qarabağa nə təhlükəsizlik, nə də inkişaf baxımından təhlükə yaradır. Lakin təfərrüatları açıqlasam, o zaman, danışıqlar dayanar”, deyə qeyd edib.
R. Mnasakyan iddia edir ki, Nalbandyanın dedikləri erməniləri sakitləşdirməyə hesablanmış sözlərdir.
“Əslində isə Ermənistan məğlub olub, hakimiyyət məğlubiyyəti gizlətmək üçün primitiv fikirləri cəmiyyətə sırıyır. Ermənistan üçün hər şey kədərlə başa çatacaq. İndiyə qədər hakimiyyət heç bir ərazinin qaytarılmayacağını deyirdi. Amma “aprel müharibəsi”ndə Azərbaycan ərazilərin bir qismini azad etdi. Sonra hakimiyyət bizi aldatmağa başladı ki, heç nə itirmirik, həmin ərazilərin heç bir əhəmiyyəti yoxdur. Halbuki, bu başlanğıc oldu və görünür, yeni ərazilərin qaytarılmasına hazırlıq gedir”, - deyə o bildirib.