Bakıda daha bir market müştərini aldatmaq istəyib
"Qafqazinfo"ya Mircəlal Məcidov şikayət edib. O bildirib ki, “Fresco” marketin Nəsimi rayonu, S.Rəhimov küçəsi, 179A ünvanında yerləşən filialında satıcıların qanunsuz hərəkəti ilə üzləşib:
“Hər gün bu marketdən alış-veriş edirəm. Hər dəfə də meyvə bölümündə problemlə rastlaşıram. Satıcılar ucuz meyvənin üzərinə baha meyvənin qiymətini vurur. Bu hal birinci dəfə deyil. Bundan əvvəl də bir neçə dəfə belə hal yaşanmışdı. Bu gün piştaxtada qiyməti 2.58 olan şaftalını daha baha, 2.75 qəpiyə satdılar. Satıcıdan niyə baha qiymət yazdığını soruşduqda kobud şəkildə cavab verdi. Dedi ki, ürəyin istəmir, alma. Biz beləyik”.