Respublikada fəaliyyət göstərən məşhur supermarketlər şəbəkələrinin çoxu alıcılıq qabiliyyətinin aşağı düşməsi səbəbindən filiallarını bağlayırlar
Dekabr 21-dən manatın üzən məzənnəyə keçməsi, mağazalarda bəzi məhsulların bahalaşmasına, bəzi obyektlərin isə bağlanmasına səbəb olub.
Bu vəziyyət özünü daha çox Bakıda fəaliyyət göstərən və ərzaq satışı ilə məşğul olan iri marketlərində göstərir. Belə ki, məşhur mağazalar şəbəkələrindən aldığımız məlumata görə, onların satışlarının həcmi 3-4 ay bundan əvvəlki ilə müqayisədə xeyli azalıb.
"Marketlərdə satılan malların qiyməti devalivasiyadan sonra 2-3 dəfə artıb"
“Əvvəllər kassanın önündə saatlarla növbə olardı, amma indi belə hallara ancaq bayram günləri rast gəlmək olar, amma yenə də əvvəlki kimi deyil. Alıcılarımız xeyli azalıb. Bu da insanların maddi durumu ilə bağlıdır”, - deyə paytaxtda yerləşən supermarketlərdən birinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri bildirdi.
Əlaqə saxladığımız digər marketlərin işçilərindən də eyni cavabı aldıq. Paytaxt sakini Xuraman Heybətovanın sözlərinə görə, marketlərdə satılan malların qiyməti devalivasiyadan sonra 2-3 dəfə artıb: “Mən dollar qalxmazdan əvvəl tez-tez marketlərdən alış-veriş edirdim. İndi isə ancaq yarmarka vaxtını gözləyirəm. Çünki dollar qalxan kimi marketlərdə qiymətləri elə qaldırdılar ki, ora girmək mümkün deyil. Səbəbini də soruşanda deyirlər, mallar xaricdən dollarla gəlir, ona görə qaldırmağa məcburuq”.
Həqiqətən də paytaxtda fəaliyyət göstərən iri supermarketlərdə qiymətlərdə artım var. Məsələn əvvəl 1 manata satılan xama, indi 1 manat 85 qəpiyədir. Kənd təsərrüfatı məhsullarının qiymətləri yarmarkalarda satılan eyni məhsulların qiymətlərindən 2-3 dəfə yüksəkdir.
Hətta bəzi iri supermarketlər alıcılara əlavə güzəştlər təklif etmək əvəzinə , qiyməti ucuz olan məhsulları tək-tək satmaqdan imtina edirlər. Bu da alıcıların həmin mağazalardan alış-veriş etməkdən imtina etməsinə gətirib çıxarır.
Yerli şirkətlərdən birinin marketoloqu Həbib Rəfiyev deyir ki, bu gün marketlərdə alıcıların sayının az olmasının başlıca səbəbi qiymət artımı ilə bağlıdır. “İnsanların maddi durumunun aşağı olması, onlara supermarketlərə tez-tez müraciət etməyə imkan vermir. Amma bu o demək deyil ki, marketlər bu gün bazardan çıxa bilər. Çünki insan geyimlə ərzaq arasında seçim edərsə, o, təbii ki, ərzağa üstünlük verəcək. Ona görə marketlərin fəaliyyəti daim olacaq”, - deyə marketoloq bildirdi.
Amma Həbib Rəfiyev onu da qeyd etdi ki, alıcıların sayınınazalması istər-istəməz marketlərin gəlirlərinə mənfi təsir edir . Ona görə də onlar filiallarının sayını azaltmağa məcbur olurlar. Bazardan çıxa biləcək marketlər isə yerli deyil , daha çox xarici istehsallı məhsullların satışı ilə məşğul olan ticarət şəbəkələri ola bilər. “Xaricdən mal gətirən supermarketlərdə qiymətlər daha baha olur, ora alıcı bir dəfə gələn alıcı, ikinci dəfə həmin marketdən üz döndərir. Ona görə, həmin marketlərin birləşməsi onların fəaliyyətinə müsbət təsir edə bilər."
Xarici ölkələrdə iri supermarketlər bir-birilə rəqabət zamanı öz alıcılarının sayını artırmaq və beləliklə daha çox məhsul satmaq məqsədilə ucuz qiymət təklif edirlər. Həm də xarici ölkələrdə, xüsusilə Avropa ölkələrində supermarketlər xarici deyil, yerli mal satmağa üstünlük verirlər ki, bu zaman da qiymətlər insanların cibinə uyğun şəkildə tənzimlənir. Bu onların alıcılarının itirməsinin qarşısını alır.
Bu gün insanların qənaət rejiminə keçdiyi bir vaxtda yaranmış vəziyyəti aradan qaldırmaq üçün marketlər öz alıcılarını itirməmək üçün endirim kampaniyalarına üstünlük verməlidirlər. Müəyyən dövr üçün daxili xərcləri azaltmaq, məhsulların qiymətlərini tənzimləməlidirlər. Bundan başqa, xüsusilə bayram ərəfəsində istehlakçılara əlavə güzəştlər təklif edilsə , alıcılarının digər marketlərə üz tutmasının qarşısını ala bilərlər.