Paytaxtın iri supermarketlərindən olan "Bizim Market" mağazalar şəbəkəsi bu dəfə "Şah Ət" MMC ilə 664 min manatlıq borc qalmaqalı ilə gündəmə gəlib. Ət şirkəti marketin borcu ödəmək istəmədiyini, buna görə 300 nəfərə yaxın insanın çarəsiz vəziyyətdə qaldıqlarını bildirirlər. "Bizim Market" isə həmin şirkətə çox cüzi miqdarda borclarının olduğunu deyir. Ancaq maliyyə sənədlərində ciddi uyğunsuzluq var.
Onlarla insan "Bizim Market" supermarketlər şöbəsinin qarşısına toplaşıb və şirkətin onlara olan borclarını qaytarmasını tələb edir. Söhbət "Şah Ət" şirkəti ilə "Bizim Market" arasındakı 664 min manatlıq borc qalmaqalından gedir.
Marketin baş ofisinin qarşısına toplaşan "Şah Ət" MMC-nin rəhbər şəxsləri və əti bu şirkətə satan şəxslər "bizim market"in ət şirkətinə olan borcunu ödəmədiyinə görə çətin vəziyyətdə qaldıqlarını deyirlər. Həmin əraziyə toplaşan şəxslər bir neçə gün qabaq məsələ ilə bağlı "Bizim Market"in rəhbəri Rasim Salmanovla danışmaq istəsələr də, adı çəkilən şəxsin onların problemlərini dinləməkdən imtina etdiyini deyirlər.
664 min manatlıq borc iddiasına qarşı "Bizim Market" isə əslində "Şah Ət" şirkətinə bu rəqəmlə müqayisədə xeyli az məbləğdə borclarının olduğunu açıqlayıb.
Ancaq "Şah Ət" MMC-nin maliyyə sənədləri başqa mənzərəni ortaya qoyur. Şirkətin mühasibi Fazil Manafov bildirir ki, "Bizim Market" supermarketlər şəbəkəsinə daxil 9 marketin onlara iri həcmdə pul borcu var. Onlardan cəmi 2 marketin borcu 200 min manatı ötür.
Əraziyə toplaşan şəxslər aidiyyatı qurumlardan məsələyə müdaxilə etmələrini və borclarının alınaraq onlara verilməsinə yardımçı olmalarını xahiş edirlər.(Xəzər Xəbər)