Tovuzda toyda 39 nəfər zəhərləndi (FOTO)

Tovuzda toyda 39 nəfər zəhərləndi (FOTO) Tovuzda kütləvi zəhərlənmə olub.

APA verdiyi məlumata görə, bu gün axşam saatlarında 11 nəfər şəxs rayon Mərkəzi xəstəxanasına müraciət edərək özlərini pis hiss etdiklərini deyiblər. Onlara tibbi yardım göstərilib.

Məlumata görə müraciət edənlər rayonda olan “Turan” şadlıq sarayında keçirilən toyda iştirak ediblər. Onların toyda yedikləri qidalardan birindən zəhərləndikləri ehtimal olunur.

Zəhərlənən şəxslərin adları müəyyənləşib:

1983-cü il təvıllüdlü Vasif Həsənov

1984-cü il təvəllüdlü Taleh Həsənov

1983-cü il təvəllüdlü Günay Hüseynova

1958-ci il təvəllüdlü Şahin Məmmədov

1984-cü il təvəllüdlü Zöhrab Məmmədov

2008-ci il təvəllüdlü Adilə Hüseynova

1984-cü il təvəllüdlü Elmir Məmmədov

1990-cı il təvəllüdlü Akif Bağırov

2001-ci il təvəllüdlü Gülnar Hüseynova

1959-ci il təvəlüldlü Elmira Qasımov

1989-cu il təvəlüldlü Gültəkin Məmmədova

1967-ci il təvəllüdlü Növrəstə Məmmədova

1980-ci il təvəllüdlü Məhbubə Aslanova

1990-ci il təvəllüdlü Samirə

Məlumata görə, zəhərlənmə əlaməti ilə müraciət edənlərin sayı artır. Gələnlər rayon infeksion xəstəxanasına yerləşdirilir.

***

Tovuzda toyda zəhərlənənlərin sayı 35 nəfəri keçib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hazırda 6 uşaq və 30 nəfərdən çox böyük xəstəxanadadır və onlara tibbi yardım göstərilir.

Müraciət edənlərin sayının artacağı istisna edilmir.

Toy məraisminin keçirildiyi "Turan" şadlıq sarayının sahibi Şükür Abbasovun verdiyi məlumata görə, onlar şadlıq evinin kirayə veriblər və toyda verilən yeməklər və digər qıda məhsullarının hamısı toy sahibi tərəfindən gətirilib.

Oxşar xəbərlər