Füzuli rayon İcra Hakimiyyəti iyulun 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinə atılan top mərmisinin partlaması nəticəsində öz həyətlərində şəhid olan azyaşlı Quliyeva Zəhra Elnur qızının ailəsinə dövlət tərəfindən ev verilməsinə rayon İcra Hakimiyyəti tərəfindən maneçilik törədilməsi, onlardan mənzildən imtina etmələri üçün izahatlar alınması, ailəyə təzyiq göstərilməsi barədə yayılan məlumatlara münasibət bildirib.
İcra Hakimiyyətinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan bəyanatda qeyd olunur ki, bu məlumatlar həqiqətə uyğun deyil, böhtan xarakterli və əsassızdır.
“Belə ki, avqustun 13-də Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı Alxanlı kəndinə gələrək, Zəhra Quliyevanın valideynləri ilə görüşüb. Mətanət Əsgərqızı Zəhranın anası Nərminə Quliyevaya söhbət əsnasında deyib ki, sizə dövlət tərəfindən ev verilməlidir. Nərminə Quliyeva isə cavabında bildirib ki, bu məsələ dövlətin öz işidir. Hər iki halda prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarıq.
Mətanət Əsgərqızı isə Bakı şəhərinə qayıtdıqdan sonra Nərminə Quliyevanın və ailəsinin məlumatı olmadan onun adından Mehriban Əliyevaya müraciət ünvanlayıb və həmin müraciəti Mətanət Əsgərqızı özü imzalayıb.
Həmin müraciət Prezident Administrasiyası tərəfindən baxılmaq üçün rayon İcra Hakimiyyətinə göndərilib. RİHB Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əliyev Qənimət Eldar oğlu həmin müraciətlə bağlı Alxanlı kəndinə gedərək şəhid Zəhra Quliyevanın valideynləri görüşüb, sözügedən müraciətlə bağlı onlarla söhbət edib. Z. Quliyevanın valideynləri Elnur Quliyev və Nərminə Quliyeva belə bir müraciət yazmadıqlarını, imzalamadıqlarını və məlumatları olmadığını bildiriblər.
Sözügedən məsələ ilə bağlı bəzi saytlarda yazılan xəbərlərlə bağlı şəhidin valideynləri və digər qohumları bu gün rayon İcra Hakimiyyətinə gələrək icrab başçısı Alı Alıyev tərəfindən qəbul edilib, onlarla söhbət aparılıb. Zəhra Quliyevanın valideynləri və digər yaxın qohumları saytların yazdıqları xəbərlərdən qəzəbləndiklərini, dövlətdən ev istəmək iddiasında olmadıqlarını, onlara ev verilməsi ilə bağlı hər hansı bir təzyiq göstərilmədiyini bildirmiş bu məsələyə saytlar tərəfindən son qoyulmasını tələb ediblər.
Zəhra Quliyevanın valideynləri və yaxınları baş vermiş faciə ağır olsa da sarsılmayıblar, nikbindirlər, onlar prezident, Ali Baş Komandan cənab İlham Əliyevə və Azərbaycan Ordusuna inanırlar, güvənirlər, öz doğma kəndlərindən heç hara getmək fikirləri yoxdur”, -deyə məlumatda bildirilir.