2009-cu ildə Antalyanın Kundu bölgəsində azərbaycanlı iş adamı Telman İsmayılov tərəfindən 1,4 milyard dollara təsis olunan, 2010-cu ildə “World Travel Awards”da “Dünyanın ən lüks hoteli” seçilən “Mardan Palace Hotel” biznesmenin borclarına görə çətin günlər yaşayır.
“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, hoteldə otaqları bron etmək müvəqqəti olaraq dayandırılıb. Belə ki, müştərilərə hotelin bağlı olduğu və rezervasiyanın qəbul edilmədiyi bildirilir.
Hotelin baş icraçı direktoru Səlçuq Şahin isə müəssisənin hazırda fəaliyyət göstərdiyini söyləyib: “Mən hazırda hoteldəyəm və hotel fəaliyyətədir. Təbii ki, sıxıntılarımız var, amma hotelimiz bağlı deyil. Açıq qalacaq, bağlanmayacaq da...Çünki biz turizm tarixinin ən yaxşı hotellərindən biriyik. Bu sıxıntılar müvəqqətidir. Hoteli heç vaxt bağlamağı düşünmürük”.
S. Şahinin sözlərinə görə, hotel müvəqqəti olaraq bir həftəliyə rezervasiyaları qəbul etməyəcək.