AST Telman "Mardan Palace"ı geri aldı

AST Telman Azərbaycanlı biznesmen Telman İsmayılovun Türkiyədəki "Mardan Palace" otelinin satış tenderinin nəticələri ləğv edilib.

İş adamının Türkiyədə "Xalq Bank" və "Garanti Bank" arasında yaranan borc qalmaqalından sonra hər iki bank "Mardan Palace" otelin satışa çıxarılmasını tələb edib.

Daha sonra "Xalq Bank" satış tələbini rədd etsə də, "Garanti Bank" öz tələbindən imtina etməyib. Satışa çıxarılan otel isə tenderin yeganə iştirakçısı olan "Xalq Bank" tərəfindən 360 milyon 50 min lirəyə (təxmini 185 milyon manat) alınıb.

Telman İsmayılovun borc qalmaqalı bununla da bitməyib və bu dəfə onun borclu olduğu "Güclü İnşaat" tenderin nəticəsinin ləğvi üçün məhkəməyə müraciət edib. Lakin "Güclü İnşaat"ın tələbi rədd edilib.

Sonda isə biznesmenə aid AST şirkəti məhkəməyə müraciət edib və məhkəmənin qərarı ilə tenderin nəticələri ləğv edilib.

Məsələyə "Mardan Palace" otelinin baş direktoru Çətin Pəhləvan münasibət bildirib. O, məhkəmənin ədalətli qərar verdiyini və banklara olan borcların ödənilməsi üçün qarşılıqlı həll yolu axtardıqlarını deyib.

///qafqazinfo

Oxşar xəbərlər