Cüdo üzrə ikiqat olimpiya çempionu, Azərbaycan millisin sabiq baş məşqçisi Peter Zayzenbaxer həbs olunub.
Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, o, 2000-ci illərin əvvəllərində Vyanada məşqçilik etdiyi dövrdə iki azyaşlı qıza qarşı seksual təcavüzdə ittiham olunur.
Azərbaycanda da iş təcrübəsinə malik olan avstriyalı mütəxəssisin rəhbərliyi altında cüdoçularımız Rio Olimpiadasında iki gümüş medal qazanmışdı.
2016-cı ilin dekabrında axtarışa verilən pedofil məşqçi dünən günorta saatlarında Kiyevdəki evində həbs olunub.
Vyana Dövlət prokurorluğunun məlumatına görə, 1997-2004-cü illərdə Zayzenbaxer 14 yaşına çatmamış iki qız uşağına təcavüz edib. 56 yaşlı mütəxəssisin günahı sübuta yetirilsə, onu 10 illik həbs cəzası gözləyir.
Yeri gəlmişkən, Zayzenbaxer ardıcıl iki olimpiadada (Los-Anceles – 1984, Seul – 1988) qızıl qazanan ilk cüdoçudur.