İŞİD İraqın Mosul şəhərini tərk etmək istəyən ailələrin uşaqlarını öldürür.
Bu barədə BMT-nin Uşaq Fondu (UNİCEF) məlumat yayıb. UNİCEF-in İraqdakı nümayəndəsi Piter Hokins bildirib ki, İŞİD uşaqlardan müharibədə vasitə kimi istifadə edir:
“Bu, bir daha sübut edir ki, bu müharibə nə qədər qarışıq və faciəlidir”.
Piter bildirib ki, insanlar Mosulu tərk etməsinlər deyə terrorçuların uşaqları öldürməsinə dair təşkilatın əlində sənədli sübutlar var.
UNİCEF-in məlumatına görə, İŞİD-in 2014-cü ildə işğalından bəri ölkədə 1075 uşaq ölüb.