"Uşaq və Tələbə Gənclər Dünyası" İctimai Birliyinin sədri Bəxtimşah Tağıyeva Facebook-dakı profilinin "parolunun sındırıldığını", azanla bağlı statusu yazmadığını iddia edir və kütləvi informasiya vasitələrini suçlayır.
AZXEBER.COM-a açıqlama verən təşkilat sədri onun adından bu statusun yazıldığını bildirib:
"Bu gün mənim adımdan "facebook"da parolumu sındırıb o statusu yazıblar. Bu mənim düşmənlərimin işidir. Mən məşədixanımam və dinimə, dilimə hörmət edirəm. Kimlər başqa cür anlayırsa bu öz işidir. Bu qədər hay-küyə əsas yoxdur. Gedin vəhabilərlə mübarizə aparın. Məsçidlərimiz vəhabi məsçidi olub. Dinlərini, məshəblərini dəyişirlər Niyə səsiniz çıxmır? Mənim yetimlərə etdiyim yaxşılıqları edin, sonra haqqınız olsun söz deməyə".
Xatırladaq ki, Azərbaycanda QHT sədri hər kəsi təəcübləndirən fikirlər səsləndirmişdi. O deyib ki, gecə vaxtı Azan səsi eşitmək istəmir: "Kim nə deyir desin, mən gecə yarı mikrafonla azan səsi eşitmək istəmirəm. Xəstə var, başqa dinlər var, uşaq var. Onları niyə yarım xəstə etməlidir ki? Uşaq yatızdırmaq asandır bəyəm?"
QHT sədrinin bu fikirləri birmənalı qarşılanmayıb. Bu statusu paylaşan bəzi şəxslər onu tənqid ediblər.