Ötən mövsüm “Şəmkir”də çıxış edən Şahin Baleljae klubun prezidenti Elvin Səfərli ilə bağlı şok ittiham irəli sürüb.
O, açıqlamasında klub rəhbəri tərəfindən aldadıldığını, 2400 manat maaşını hələ də ala bilmədiyini bildirib.
Klub prezidentini “yalançı” adlandıran hücumçu, rəhbər şəxsin oyun alqı-satqısında iştirak eməsini də vurğuladı:
“O, başqa işlər görürdü. Bir dəfə dedi, otaqdan çıxdım bayıra, tapşırdığını etməyəcəyimi bildirdim. Namaz qılan insanam, o dediyi işi görmərəm. Qəhrəman müəllim şahidimdir, bilir, görüb. İndi özünüz başa düşün ki, Elvin məndən nə istəyib. Dedim, mən belə şeylər bilmirəm: qaçma, vurma… Bir də belə hadisə “Energetik”lə səfər oyunundan əvvəl olub. Qəhrəman Əliyevin onun əməllərindən xoşu gəlmirdi, boğulurdu. Dözmədi axırda, istefa verib getdi. Bunları ona görə söyləyirəm ki, qoy, hamı kimin günahkar, kimin günahsız olduğunu bilsin. Elvin “Energetik”lə oyundan qabaq gəlib, 11 nəfər uşağa dedi ki, bu gün belə edərsiz, elə edərsiz. Meydançaya çıxmağa hazırlaşırdıq, hamının içində o sözləri söylədi. Nədənsə həmin futbolçuların heç biri bundan danışmır. Hamısı dilini qoyub qarnına. Bilmirəm bunlar Allahın yanında nə cavab verəcəklər? Mingəçevirdə 5:0 hesabı ilə qalib gəldik, üç qolu mən vurdum. Prezident 80-cı dəqiqədən sonra tribunadan texniki zonaya qışqırırdı ki, Şahini tez əvəzləyin, qol vurur, oyunu “xarab” edir. Bunları indiyədək demirdim, özümdə saxlayırdım. Bu haqsızlığı görüncə, artıq fikirləşməyə başladım ki, faktları niyə gizlədim? Artıq hamı bilməlidir ki, o, nə işlər görür. 80-ci dəqiqədən o yana mən özüm də dayandım, qaçmadım. İnsafsızlıq elədi”. (sportinfo.az)
Məsələ ilə bağlı Şahinin şahid kimi qeyd etdiyi Qəhrəman Əliyevlə əlaqə saxladıq. Yenicag.az saytına danışan təcrübəli mütəxəssis məsələyə belə münasibət bildirdi:
“Hazırda “Bakı” klubunda çalışıram. Şahinin açıqlaması ilə tanış deyiləm. Elvin müəllimlə heç bir problemim olmayıb. Onun sadəcə, mənə maaş borcu var. 2250 manat alacağım var idi. Min manatını verib, qalanı isə qalıb. Deyib, verəcəm, amma indiyədək bir xəbər yoxdur. Futbolçuların maaşı verilib, amma mən hələ də gözləyirəm. Biz əsas çempionat oyunlarına önəm verirdik. Buna görə də, kubok matçını çempionata hazırlıq kimi dəyərləndirirdik. Sonra qərar verdik ki, hər iki cəbhədə vuruşaq. Səfərlinin heç bir təsiri olmayıb”.
“Bəs Şahin niyə bu iddia ilə çıxış etsin ki?” sualına isə Əliyevin cavabı belə olub:
“Vallah, nə bilim. O, İranda, mən isə buradayam. Şahin açıqlamanı elə Azərbaycanda olanda verərdi də. Mən oyun alqı-satqısı ilə bağlı nəsə eşitməmişəm. Sadəcə, “Rəvan”a məğlubiyyəti həzm edə bilmədim və istefa verdim. Futbolçuların mənə qarşı təxribat törədib-törətmədiyini də bilmirəm. Eləcə eşitmişəm k, belə bir şey olub. Amma mən komandamı normal hazırlamışdım. Bunun qarşılığında “Rəvan”a qarşı məsuliyyətsiz oynamalarını qəbul edə bilmədim”.