Azərbaycan Ağır Atletika Federasiyası İslam Oyunlarına hazırlaşan atlet Xumar Məmmədovanın 8 aylıq hamilə olması ilə bağlı mətbuatda yayılan qalmaqallı məlumatlara aydınlıq gətirib. AZXEBER.COM-un məlumatına görə, Federasiyanın mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev azvision.az-a bildirib ki, bu məlumatlar tamamilə yalnışdır.
"Biz çox çətinliklə komanda yaradırıq. Sonra da kimlərinsə böhtanına məruz qalırıq. Heç bilmirəm belə qarayaxma kimə lazımdır. Yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu federasiyamıza qarşı təxribatdır. Xanım hamilə olsa belə onu məşqçinin üzərinə yıxmaq, federasiyanın adından çıxış etmək biabırçılıqdır”.
Xumar Məmmədovanın yarışlarda iştirak edib-etməyəcəyinə gəlincə, K. Məstəliyev deyib:
"Xumar xanım yarışlarda iştirak etməyəcək. Bunun səbəbi haqqında konkret məlumatım yoxdur. Bütün hallarda yazılanlar absurddur, etik qaydalara sığımır. İdmançı xanımın niyə hədəf götürülməsini bilmirəm”.
Qeyd edək ki, KİV-də yayılan məlumatlara əsasən İslam Oyunlarına hazırlaşan atlet Xumar Məmmədova komandadan qovulub. Buna səbəb kimi onun hamilə olduğunu gizlədərək məşqlərə qatılması göstərilib. Uşağın atasının idmançının şəxsi məşqçisi olduğu iddia edilir.