Bir qrup hüquq müdafiəçisi onu siyasi məhbus siyahısına salmayıbmış
Aprel ayının 28- də Bakı İstintaq Təcridxanasında şübhəli şəkildə dünyasını dəyişdiyi bildirilən siyasi məhbus Mehman Qələndərovla bağlı müzakirələr sosial şəbəkələrdə davam edir. Müzakirələrin birində bəlli olub ki, Mehman Qələndərov həbs olunduqdan sonra o kifayət qədər müdafiə olunmayıb və vəkillə təmin edilməyib. Mərhum blogger həbsxanadan sifariş göndərib onu vəkillə təmin olunmasını istəyib. Amma onun bu istəyi təmin olunmayıb. Maraqlıdır, sifariş kimə göndərilib?
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin həbsdə olan jurnalist Əfqan Sadıqovla bağlı yazdığı “Növbəti siyasi məhbusun "intiharı" planlaşdırılır...” statusunun altında bir çox tanınmış similar şərh yazıb və qızğın müzakirə aparıblar. Aparılan müzakirələrdə bir çox suallara aydınlıq gəlib. Məlum olub ki, həbsdə olan siyasi məhbusun vəkillə təmin olunması işi ilə jurnalist Xədicə İsmayıl məşğul olub, amma mərhum bloggerin vəkillə təmin olunmasına soyuq yanaşılıb. Jurnalist bunu onunla izah etməyə çalışıb ki, “vəkilə Mehman Qələndərovun atasının adı və işi aparan istintaq orqanının adını təqdim edilməyib”. Bu “arqument”-ə etiraz edən məhrum bloggerin dostu, hazırda Tbilisidə yaşayan mühacir jurnalist Əfqan Muxtarlı “Mehmanın atasının adını bilmədik kimi düşük bəhanəyə rast gəlməmişdim. Kimdən soruşduz? Mehmanın həbsi barədə məlumatı biz vermişik. Niyə soruşmurduz bizdən? Qələndər Muxtarlinin Mehmamla əlaqə saxladığını da demişdik. Niyə onunla əlaqə yaratmadılar. O vəkil hamıya bir yalan danışa, məktub yazıb şantaj edə bilər. Amma həqiqəti dəyişə bilməyəcək”.
Amma müzakirələrdə ən diqqət çəkən məqamlardan biri odur ki, sən demə hazırda Mehman Qələndərova “siyasi məhbus” deyib onu qızğın müdafiə edən bir çox hüquq müdafiəçiləri bloggeri vaxtında siyasi məhbus kimi tanımayıblar. Hətta məlum statusa şərh yazan hüququ müdafiəçisi Samir Kazımlı bildirib ki, onlar bu şəxsin həbsindən ümumiyyətlə xəbərsiz olublar (!?).
Status bağlı gedən müzakirələrdə Xədicə İsmayıl hüquq müdafiəçisi Oqtay Gülalıyevi və onun təmsil olunduğu Milli Şuranı tənqid edərək Mehman Qələndərov məsələsini şouya çevirdiklərinə görə onları tənqid edib. Öz növbəsində jurnalistin ittihamlarını cavablandıran hüquq müdafiəçisi onları (Xədicə İsmayıl və Samir Kazımli siyasi məhbusların siyahısını hazırlayan İşçi Qrupunun üzvləridir- red) Mehman Qələndərovu sağlığında müdafiə etmədiklərini, onun adını siyasi məhbus siyahısına salmadıqlarını bildirib; “Xədicə xanım, ədalətli olmaq lazımdır. Bizim şouya ehtiyacımız yoxdur, cəhdlərimiz, çalışmamız göz qabağındadır. Ən azından biz onunla bağlı yazdıq, keysini hazırlayıb adını siyasi məhbus siyahısına saldıq. Onun gizli ölümünə və dəfninə imkan vermədik və s. Soruşmaq eyib olmasın sizlər neynədiniz? Niyə onun adını siyasi məhbus siyahısına salmadınız, müdafiə etmədiniz? Bilməməniz sizi mənəvi məsuliyyətdən azad edirmi? Milli Şuranın Koordinasiya Mərkəzinin təkcə 2 üzvü deyil, Milli Şura bütünlükdə təşkilat olaraq siyasi məhbusları müdafiə edir. Siz mənə ölkədə 2- ci belə bir təşkilat göstərin ki, siyasi məhbusları bunca ardıcıl və sistemli şəkildə müdafiə edir. Varmı? Ola bilməz. Mən də, Milli Şura da sizdən siyasi məhbuslarla, eləcə də Mehmanın müəmmalı ölümü ilə bağlı araşdırma yazı gözləyirik. Belə bir yazı hazırlaya bilsəniz tək mən yox, bütün MŞ üzvləri sizə minnətdar olar...”
Bu müzakirələrdən məlum olur ki, Mehman Qələndərov vaxtında vətəndaş cəmiyyətinin üzvləri tərəfindən lazımi səviyyədə müdafiə olunmayıb. Hətta o siyasi motivlərlə həbs olunsa da onu yalnız bir qrup siyasi məhbus kimi tanıyıb müdafiə edib, digərləri yox. Bu isə çox ürək ağrıdan mənzərədir…
P.S. Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq. (Sozcu.az)