Bu gün Bakı Apelyasiya Məhkəməsində qətl törətməkdə ittiham olunan Yevlax rayon sakini, 1994-cü il təvəllüdlü Paşa Qələndərovun işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com bildirir ki, qətl hadisəsi 21 dekabr 2015-ci ildə axşam saatlarında Keşlə qəsəbəsi, Sabir küçəsində əslən Gəncə şəhərindən olan Vüsal Xəlilovun kirayə yaşadığı mənzildə baş verib.
Paşa Qələndərov həyat yoldaşı və azyaşlı uşaqlarının gözü qarşısında 37 yaşlı Vüsal Xəlilova hücum edərək, ona 27 bıçaq zərbəsi endirib. Sonra isə boğazını kəsib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində Paşa Qələndərov həbs edilib.
Paşa Qələndərovun "28 Mall" ticarət mərkəzində "Next" mağazasının meneceri Vüsal Xəlilovun yanında satıcı işləyib. Amma sonra Vüsal Xəlilov Paşa Qələndərovu işdən çıxarıb. O isə keçmiş müdirindən qisas almaq qərarına gəlib.
İstintaqa ifadəsi zamanı gənc törətdiyi əməli etiraf edib. Paşa Qələndərov mərhum Vüsal Xəlilovu onu işdən çıxardığı üçün qətlə yetirdiyini deyib.
Paşa Qələndərov qeyd edib ki, hadisə zamanı Vüsalın ailəsinin evdə olmasından xəbərsiz olub.
Paşa Qələndərov hüquq mühafizə orqanı əməkdaşlarının "Vüsalın azyaşlı körpəsini niyə atasız qoydun?" sualına münasibəti də soyuqqanlı olub. O, bu suala "Vüsal övladını düşünsəydi, məni işdən çıxarmazdı" deyə cavab verib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökm ilə Paşa Qələndərov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Paşa Qələndərov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.
Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Paşa Qələndərovun apelyasiya şikayəti təmin edilməyib.