Güləşçimiz Rəsul Çunayev növbəti dəfə qızıl medala həsrət qalıb.
Güləşçimiz İslam Oyunlarında bürünc medalla kifayətlənib.
İdmansevərlər ondan böyük uğurlar gözləsə də, Rəsul yenə də onların ümidini doğrulda bilmədi.
2016-cı ilə Rio Olimpiya Oyunlarında yarımfinalda erməni Miqran Arutyunyanla güləşmişdi. Rəsul düşmən idmançıya 1:4 hesabıyla məğlub oldu və Riodan bürünc medalla vətənə döndü.
Bu məğlubiyyətdən sonra hər kəs Rəsula dəstək oldu, erməniyə məğlubiyyətə görə heç kim onu qınamadı. Ancaq təəsüf ki, Çunayev yenə də sevənlərini sevindirə bilmədi və İslam oyunlarında da iranlı güləşçiyə məğlub olaraq, bürünc medalla kifayətləndi.
Bu məğlubiyyət idmansevərləri kəskin qəzəbləndirib və Rəsul haqda sosial mediada tənqidi şərhlər yazılıb. İstifadəçilər onun ulduz xəstəliyinə tutulduğunu və artıq karyerasında eniş yaşadığını yazıblar.
Belə olan təqdirdə ortaya maraqlı sual çıxır: Rəsul ard-arda məğlubiyyətləri niyə sıralayır və onun məğlubiyyətlərinin əsl səbəbi nədir? Bu sualın ən düzgün cavabını idmançımız və onun məşqçisi bilir. Biz isə gözləmək qalır...