Etibar Pirverdiyevin səlahiyyətləri Rövnəq Abdullayevə keçdi

Etibar Pirverdiyevin səlahiyyətləri Rövnəq Abdullayevə keçdi Hesablamalar Palatası "Azərenerji”ASC-də yoxlama aparıb

Unikal.org-a daxil olan məlumata görə, Palatanın apardığı yoxlama nəticəsində "Azərenerji”ASC-də milyonlarla manat yeyinti olduğu aşkarlanıb.

Bununla bağlı, artıq Etibar Pirverdiyevin maliyyə məsələləri ilə bağlı səlahiyyətiləri əlindən alınaraq SOCAR-a verilib.

Qeyd edək ki, vaxtilə Etibar Pirverdiyevin nəzarətində olan Sumqayıt Texnologiyalar Parkı (STP) ondan alınıb. Hazırda həmin quruma "Ekspress” bankın Müşahidə Şurasının sabiq sədri Emin Məmmədov rəhbərlik edir.

Oxşar xəbərlər